Sağlamlıq

Koronavirusu yarım saniyədən az vaxtda aşkar edirlər - hər kəsi təəccübləndirən gəlişmə

24 Aprel 2020 06:31
0 Şərh     Baxış: 1 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada fəaliyyət göstərən "Medical Detection Dogs" adlı qurum 6 iti koronavirusu təsbit edə bilməsi üçün təlimləndirdiyini elan edib.

Milli.Az xəbər verir ki, qurum hökumətlə danışıqlara başladığını açıqlayıb.

Layihə hökumət tərəfindən təsdiqlənərsə, eyni qaydada təlim keçmiş itlər hava limanlarında koronavirusa yoluxanları müəyyən etmək üçün istifadə olunacaq.

Xərçəng və qızdırmanı təsbit etmək üçün itləri olan "Medical Detection Dogs"un baş icraçı direktoru Klara Qest heyvanların yarım saniyədən az müddətdə virusu aşkarladığını deyib.

Qest bildirib ki, xüsusilə, iybilmə qabiliyyəti çox inkişaf etmiş ispan kukerləri və labradudların karantin tədbirləri yumşaldılanda Britaniyaya xaricdən gələn insanları test etmək üçün istifadəsi planlaşdırılır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.