Sağlamlıq

Korona stressindən bu üsulla qorunun

15 Aprel 2020 07:28
0 Şərh     Baxış: 1 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Yale Universitetinin psixologiya üzrə elmlər doktoru, professor Lori Santos pandemiya zamanı əhval-ruhiyyəni qoruyub saxlamaq üçün bəzi tövsiyələr verib.

Milli.Az xəbər verir ki, professor üç məsləhət təqdim edib: "Texnologiyanın köməyi ilə ictimai fəallığı qorumağa çalışmaq, müəyyən rejimə riayət etmək (xüsusən də məşq və müntəzəm yuxu), habelə gərginliyi aradan qaldırmağa kömək edəcək meditasiya. Yale Universitetinin "Coursera" platformasında "Rifah Elmi" populyarlıq qazanıb. Mart ayında pandemiya fonunda və bunun nəticəsində yaranan təcrid şəraitində dinləyicilərin sayı üç dəfə artıb. "Rifah elmi"nə bir milyondan çox insan maraq göstərir.

Kurs bu gün xüsusilə mövcud böhran dövründə insanların müsbət əhval-ruhiyyəyə köklənməsi istiqamətində strategiyalar təqdim edir. Tələbələr burada ünsiyyət üçün vaxt tapmaq, minnətdarlıq hissi, yuxu, düşüncə və fiziki fəaliyyət kimi vərdişlərin əhəmiyyəti barədə öyrənəcəklər". (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.