Sağlamlıq

"Antivirus çay" - 2 ildir xəstəlik nədir bilmirik

21 İyun 2020 21:05
0 Şərh     Baxış: 2 566
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu çayın reseptini 2 il öncə öyrəndik, həyatımızın möcüzəsini kəşf etdik. O vaxtdan əlimizin altındadır və içdiyimiz müddətdə qrip, zökəm, xəstəlik nədir bilmirik.

Çayın tərkibi immuniteti qaldırır, damarları təmizləyir, gümrahlaşdırır.

Milli.Az medicina.az-a istinadən bir ailənin sevimli çayı olan antivirus qarışımın reseptini təqdim edir:

1 litr çay üçün lazımdır:

1 çay qaşığı miqdarında: böyürtkən, çiyələk, moruq yarpaqları (qurudulmuş), İvan-çay (hazır satılır), 3-4 ədəd itburnu, yarım çay qaşığı rəndələnmiş zəncəfil, 2 dilim limon

Bitkilərin hamısını iri çaydanda 1 litr qaynar suya qatıb, yun odeyala büküb, 20 dəq dəmlədin.

İçəndə içinə limon dilimləri atın.

Bu çay bol C vitaminli, antioksidant təsirlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.