Sağlamlıq

Məşhur həkimdən ŞOK AÇIQLAMA: Əllərinizi türklər kimi yuyun - FOTO

16 Mart 2020 23:38
0 Şərh     Baxış: 3 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ televiziyalarından birində yayımlanan verilişdə qonaq olan həkim Mehmet Öz koronavirusdan qorunmaq üçün əllərin yuyulma üsulundan danışıb.

Milli.Az xəbər verir ki, "The Tonight Show starring Jimmy Fallon" verilişində qonaq olan ürək-damar cərrahı virusdan qorunmanın yollarını açıqlayıb.

Həkim Öz "Turkish Twist-Türk bükülməsi" adını verdiyi üsulu ən effektiv əl yumaya misal göstərib.

Əksər insanların yanlış şəkildə əl yuduğunu qeyd edən Mehmet Öz bildirib ki, əsas olan barmaqların arasının və ovucun yuyulmasıdır:

"Bir cərrahın əllərini necə yuduğunu göstərəcəm. Deyək ki, əllərin arxa hissəsini yuyursan. Lakin bu önəmli deyil. Əlinə sabunu aldıqdan sonra "Türk bükülməsi-Turkish twist" edirsən. Daha sonra barmaqlarını ovuşdurursan və ovcunu sabunla "yağlayırsan". Prosedur 20 saniyənizi alacaq. Sonra rahatlıqla çölə çıxa bilərsiniz. Bu koronavirusa yoluxma riskini yarıya endirir". (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.