Sağlamlıq

Barmaq şıqqıldatmağın TƏHLÜKƏSİ

11 May 2020 22:40
0 Şərh     Baxış: 2 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əl barmaqlarını mütəmadi şıqqıldatmaq təhlükəlidir.

REN.TV xəbər verir ki, travmatoloq Konstantin Ternov barmaq şıqqıldatmaq vərdişinin təhlükələrindən danışıb.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, onun sözlərinə görə, bu vərdiş barmaqların zəifləməsinə və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Həkim sözügedən vərdişi əsasən nevrozla əlaqələndirib.

"Daim barmaqlarınızı laxladıb boşaltmaqla məşğul olsanız, 70 yaşında yaranmalı olan artroz xəstəliyinə 50 yaşında tutulacaqsınız", - deyə həkim vurğulayıb.

Mütəxəssis əlavə edib ki, barmaqları mütəmadi əzmək vərdişi fiziki yorğunluqla da əlaqəli ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.