Sağlamlıq

Baş ağrısını azaldan 3 SADƏ EV VASİTƏSİ

11 May 2020 21:35
4 Şərh     Baxış: 2 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş ağrısı ən yayılmış sağlamlıq problemlərindən biridir. Başınız ağrıyırsa dərhal dərmana əl atmayın.

Ağrıkəsici dərmanların yanaşı təsirləri çoxdur və onların tez-tez qəbulu sağlamlığa çox ciddi ziyan vura bilər.

İlk növbədə dərmansız vasitələrdən istifadə etməyə çalışın.

1. 1 stəkan su

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bir çox hallarda baş ağrısının səbəbi susuzlaşma olur. Başınız ağrıyırsa 1 stəkan su için. Bir çox insanlara baş ağrısı zamanı 1 stəkan təzə dəmlənmiş çay da komək edir.

2. Nanə çayı

Nanə çayı da çox yaxşı təbii baş ağrısı dərmanıdır. 1 ç.q. quru nanəni 1 stəkan isti suda 20 dəqiqə ərzində dəmləyin, sonra süzün və için.

3. Soyuq kompres

Soyuq kompreslər baş ağrısı zamanı əla kömək edir. Buz kublarını sellofan paketə tökün və alın nahiyəsinə və boyunun arxasına qoyun. Paketi birbaşa dəriyə deyil, pambıq parçanın və ya nazik dəsmalın üzərinə qoyun. 10-15 dəqiqə belə saxlayın, sonra 5-10 dəqiqə fasilə verin və yenə qoyun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.