Sağlamlıq

Qaraciyəri sağlam saxlamaq istəyənlər hər gün BU TƏRƏVƏZİ yeməlidir

24 May 2020 22:15
0 Şərh     Baxış: 2 632
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ alimləri sübut edir ki, adi kələmin tərkibində olan birləşmələr qaraciyərin piylənməsini müalicə edir. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Hepatology jurnalında bu haqda məqalə dərc olunub.

Qaraciyərin piylənməsi uzun illər ərzində simptomsuz inkişaf edən çox yayılmış və təhlükəli pozulmadır. Pozulmanın səbəbi doymuş yağlarla zəngin olan qeyri-sağlam qidalanmadır. Qaraciyərdə yığılan piy bu orqanın fəaliyyətini pozur, qaraciyər sirrozu və xərçənginin inkişafına təkan verir.

Alimlərin müşahidələrinə görə, adi kələmin tərkibində olan indol maddəsi qaraciyərdə piyin miqdarını azaldır və həmçinin iltihabla mübarizə aparır. Kələmin bütün növləri (brussel kələmi, gül kələmi, ağ, qırmızı kələm) indolla zəngindir.

Kələmin faydaları bununla bitmir. Bu ucuz və əlçatan tərəvəz həmçinin bağırsaq və süd vəzi xərçənginin də riskini azaldır.  

Qida mütəxəssisləri kələmi hər gün salatlara əlavə etməyi tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.