Sağlamlıq

Uzananda ayaqlardakı bu ağrı infarkta işarə ola bilər - XƏBƏRDARLIQ

7 Fevral 2020 22:32
0 Şərh     Baxış: 2 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya kardioloqları ürəkdə problem və yaxın gələcəkdə infarkt ola biləcəyinə işarə edən simptomlar siyahısına daha birini, ayaqlar və ayaq barmaqlarındakı ağrı və giziltini də əlavə ediblər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ürək çatışmazlığı, infarkta bir neçə gün öncədən işarət olan başgicəllənmə, aritmiya, döş qəfəsində ağrı, təngnəfəslik, nəbzin artması zamanı artıq həkimə müraciət etmək lazımdır.

Eləcə də ayaqlardakı ağrılara fikir verin. Gəzəndə pəncədə ağrı və dayandıqda ağrının səngiməsi damarların aterosklerozuna işarədir.

Uzandıqda ayaq barmaqları ətrafında ağrı və ayağa qalxanda ağrının kəsməsi də ürəkdə problem olduğunu göstərir.

Əgər qripdən sonra insan zəiflik, halsızlıq hiss edirsə və bu bir ay ərzində düzəlmirsə, deməli qrip ağırlaşması ürəyə təsir edib və ürək əzələsi iltihablaşıb. Ona görə qripdən sonra da kardioloqa müraciət etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.