Sağlamlıq

Yuxusuzluqdan əziyyət çəkənlər MÜTLƏQ OXUSUN! - Gün ərzində...

4 May 2020 03:30
0 Şərh     Baxış: 4 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nanə otu çox zəngin kimyəvi tərkibə malikdir.

Milli.Az xəbər verir ki, bu bitkidən həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur, müxtəlif sakitləşdirici, spazmolitik , köp əleyhinə dərman preparatları hazırlanır.

Nanə çox təsirli sakitləşdirici vasitədir. Məhz bu səbəbdən əczaçılar onu uşaqlar və böyüklər üçün olan müxtəlif sakitləşdirici vasitələrin tərkibinə daxil edirlər. Eyni zamanda, əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını aradan qaldırır, arterial təzyiqi aşağı salır, həzm sistemini yaxşılaşdırır.

Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içə bilərlər (1 çay qaşığı quru və ya 1 xörək qaşığı təzə nanə yarpaqları + 1 stəkan qaynar su). 1 çay qaşığı bal da əlavə etmək olar. Bal çayın təsirini daha da artıracaq. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.