Sağlamlıq

Bu xəstəlikləri olanlar mütləq HEYVA YESİN!

25 May 2020 22:44
0 Şərh     Baxış: 2 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərkibində olan bioloji aktiv maddələr çox olan meyvələrdən biri də heyvadır.

Milli.Az xəbər verir ki, bu meyvənin tərkibində pektin, alma turşusu, limon turşusu, tartran turşusu, müəyyən miqdarda karotin və askorbin turşusu var. Bundan əlavə PP, E, B1, B2, B6 vitaminləri, dəmir, mis, kaliy, maqniy, fosfor, marqanes, nikel, bor kimi mikroelementlərlə zəngindir.

Heyva, tərkibində xolesterin, yağ və natrinin olmamasına görə ideal dietik qida sayılır. Gözəl ətirə və dada malik olması ilə bərabər bu meyvə öz müalicəvi xüsusiyyətləri ilə bir çox məhsulları üstələyir. Kalori dəyəri 100 qram məhsula - 37-58 kkal təşkil edir. Məhz bu səbəbdən dietoloqlar piylənmə problemindən əziyyət çəkən xəstələrə bu məhsulu məsləhət görürülər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.