Sağlamlıq

Oynaqları DUZLARdan təmizləyən dəmləmə

22 Yanvar 2020 23:37
0 Şərh     Baxış: 3 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dəfnə yarpağının (rus dilində - "lavroviy list") bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.

Dəfnə yarpağının dəmləməsi osteoxondroz, oynaqlarda ağrılar, iltihab, duzlaşma, artrit, podaqra zamanı çox yaxşı kömək edir.

Dəfnə yarpağının dəmləməsi xalq təbabətində geniş istifadə olunur.

Milli.Az saglamolun.az-a istinadən belə dəmləmənin reseptini təqdim edir. Qeyd edək ki, bu resept tanınmış rusiyalı həkim-fitoterapevt Nikolay Danikovun kitabından götürülüb.

Resept

10 ədəd qurudulmuş dəfnə yarpağı xırda doğranılır, termosa tökülür, üzərinə 2 stəkan qaynar su əlavə olunur. Bunu axşamdan etmək lazımdır.

Səhər dəmləməni süzün və gün ərzində 3-4 dəfə yüməkdən 30 dəqiqə əvvəl için. Müalicə müddəti - 3 gün. 1 həftədən sonra müalicə kursunu təkrar edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.