Yaşıl çay gözlər üçün faydalıdır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniyanın oftalmologiya jurnalında dərc edilmiş tədqiqata əsasən, gün ərzində azı bir stəkan yaşıl çay qəbulu qlaukomanın inkişaf riskini azalda bilər.
Kaliforniya Universitetindən olan alimlərin apardıqları tədqiqatda gün ərzində azı bir stəkan yaşıl çaydan istifadə edən könüllülər iştirak ediblər. Nəticələr göstərib ki, çay həvəskarlarının qlaukoma xəstəliyinə tutulmaq şansı digərlərinə nisbətən 74 faiz azdır. Özü də maraqlıdır ki, söhbət yalnız isti çaydan gedib. Buzlu çay içənlərə bu üstünlüyü əldə etmək nəsib olmayıb. Alimlər isti yaşıl çayla qlaukoma arasında bağlılıq barədə suala hələ də cavab tapmayıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çay tərkibindəki bioloji aktiv maddələrlə zəngindir. Bunlardan bəzilərinə flavonoid və katexinlər kimi güclü antioksidant olmayan polifenollar daxildir. Bu qidalandırıcı maddələr orqanizmimizdəki zərərli sərbəst radikalları azaltmağa kömək edir, həmçinin bizim hüceyrələrimizi və molekullarımızı zədədən müdafiə edir.
Bu içki beynin fəaliyyətini yaxşılaşdırır. Çayın tərkibində olan lazımi qədər kofein bədənə gümrahlıq qatır, sizi əsəbiləşməyə məcbur etmir. Yaşıl çay, həmçinin L-teanin aminoturşusu ilə zəngindir. Bu maddə beyində dofamini artırmağa və alfa dalğaları əmələ gətirməyə qadirdir. Alfa dalğalar isə orqanizmi sakitləşdirir.
Yaşıl çayın qəbulu zamanı orqanizmdə piylərin əriməsi prosesi sürətlənir və fiziki iş qabiliyyəti yüksəlir. Həmçinin maddələr mübadiləsi artır və piylərin qısa vaxt ərzində əriməsi təmin edilir.
Yaşıl çayın tərkibindəki antioksidantlar bəzi növ xərçəngin əmələgəlmə riskini azaldır, süd vəzisi, prostat və bağırsaq xərçəngi kimi geniş yayılan xəstəliklərə qarşı mübarizə aparır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hamar qəbiləsinin adəti müzakirə yaratdı: Qadınlar qamçılanmaqdan qürur duyurlar - (Video)
-
Estoniya Rusiyaya nota verdi
-
Azərbaycan güləşçiləri U-20 Avropa çempionatını 5 medalla başa vurublar
-
Rafael Fiziyevin həyat hekayəsi
-
Günün qoroskopu: Sizi iddialı bir gün gözləyir
-
Arvadını qətlə yetirən Coşqunun qonşuları danışdı (Video)
-
Bakının 4 rayonunda işıq olmayacaq
-
Dadı damağında qaldı: Tramp Ağ Ev üçün resept istədi (Foto)
-
"Sovetski"də ikimərtəbəli fərdi yaşayış evi yanıb (Video)
-
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
-
"Empire State Building"ə qalxan cütlüyü 20 il həbs gözləyir
-
"Bu gün "Torpedo" da qalib gələ bilərdi" - Rəşad Sadıqov
-
"Arxanda duranlar qanundan üstün deyil" - Müğənni Ülkərə cinayət işi açıldı (Video)
-
Azərbaycanda güclü qum burulğanı - (Video)
-
Qəzada həyatını itirən Şadmanın (Fotosu)
-
Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Ecenin ölüm səbəbi məlum oldu
-
UEFA Konfrans Liqası: "Zirə" qələbə qazanıb (Video)
-
2 stəkan düyüyə nə qədər su əlavə edilməlidir?
-
Ərdoğan: "Cənubi Qafqaz məsələsi hər an gündəmə gələ bilər"
-
Balakəndə selin apardığı kişinin meyiti tapılıb - Yenilənib
-
Yumurtanın təzə olub-olmadığını anlamağın sadə yolları
-
Diddinin həbsxanadan görüntüləri yayıldı (Foto)
-
Tramp: İrandakı nüvə obyektlərini izləyirik





