Sağlamlıq

Səhv yuxu rejiminin zərərləri açıqlanıb

12 Yanvar 2020 23:20
0 Şərh     Baxış: 1 306
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gündə on bir saatdan çox və ya dörd saatdan az yatan insanlar gündə yeddi saat yatan insanlara nisbətən ağciyər fibrozu xəstəliyinin tutulmasına daha çox meyillidirlər.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu qənaətə Mançester, Oksford, Nyukasl Universitetlərinin alimləri gəlib. Tədqiqatçıların fikrincə, İngiltərədə hər il beş min insan bu xəstəlikdən ölür.

Tədqiqatda qeyd edilir ki, yuxunun optimal müddəti yeddi saatdır. Dörd saat yatmaq ağciyər fibrozunun inkişafını sürətləndirir.

On bir saat və ya daha çox yatanlar isə bu xəstəliyə yoluxma riskini üç qat artır. Bundan əlavə, risk altında gec yatan və ya gecə növbələrdə işləyən insanlar da var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.