Sağlamlıq

Günorta yatmaq insult riskini artırır - XƏBƏRDARLIQ

15 Mart 2020 23:34
3 Şərh     Baxış: 1 595
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Elm adamları günorta yatmağın öldürücü təsirindən danışıb.

Milli.Az xəbər verir ki, Çinin Uxan Universitetinin alimləri bu barədə xəbərdarlıq edib.

Onlar hesab edir ki, günorta, eyni zamanda 9 saatdan artıq yatmaq insult riskini artırır.

6 il davam edən tədqiqatda 31 750 çinli iştirak edib. Onların orta yaş göstəricisi isə 62 olub. İştirakçılardan 1557-də insult halına rast gəlinib.

Onların 8%-i 90 dəqiqə və daha çox, 24%-i isə 9 saat və daha artıq yatıb. Sonuncularda 7-8 saat yatanlarla müqayisədə insult riski 23% çox olub. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.