Sağlamlıq

Qanda şəkərin səviyyəsini müəyyənləşdirən eynək yaradılıb

2 Dekabr 2019 22:19
0 Şərh     Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya və ABŞ-dan olan bir qrup alim göz yaşına əsasən qandakı şəkərin səviyyəsini, həmçinin alkoqol və vitaminlərin dərəcəsini müəyyən edən eynək hazırlayıblar. Aksessuara kimyəvi və bioloji reaksiyaları ölçmək üçün göz yaşı ilə təmasa girməyi kifayət edən xüsusi ötürücülər quraşdırılıb.

Milli.Az bildirir ki, eynək analizdən sonra əldə etdiyi məlumatları kompüter və ya smartfona ötürür.

Hazırda şəkərli diabetdən əziyyət çəkən şəxslərin sayı 380 milyon civarındadır. Şəkərin qanda səviyyəsini müəyyən etmək üçün qlükometrdən istifadə olunur. Lakin, o, barmağın iynə ilə deşilməsi hesabına işləyir ki, bu da infeksiya riskini artırır. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.