Sağlamlıq

Piylənmə 16 növ xərçəngə səbəb ola bilər - ALİMLƏR

9 Mart 2020 23:30
0 Şərh     Baxış: 1 779
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Piylənmə onkoloji xəstəliklərin inkişaf riskinin əsas səbəblərindən biri kimi artıq təsdiqlənib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, srtıq çəki bədxassəli şişlərin hüceyrələrini "qidalandırır". Peşəkarların fikrincə, növündən və insan orqanizmində necə yerləşməsindən asılı olaraq, xərçəngin inkişafına piy müxtəlif vasitələrlə təsir edə bilir. Yuta Universitetində C.Xantsman adına Xərçəngin Öyrənilməsi İnstitutunun bir qrup tədqiqatçısı onkologiyanın artıq çəki ilə əlaqəli olduğunu bildiriblər. Artıq çəki ucbatından xərçəngin 16 növü yarana bilər.

Məlum olub ki, piy hüceyrələri xərçəngin yayılması üçün əlverişli mənbədir, həmçinin onların inkişafına imkan yaradır. Məsələn, ağ piy toxuması (həmçinin qəhvəyi və bej rəngdə də olur) əsasən döş xərçənginin ağır dərəcəsi olan pasiyentlərdə tapılıb. Alimlər, həmçinin öyrəniblər ki, ağ piy toxuması döş xərçəngi riskini artırır. Hazırda mütəxəssislər pasiyentlərdə şişin inkişafı ilə bağlı proseslərin qarşısının alınması yollarını axtarmağı planlaşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.