Sağlamlıq

"Yaşıl süd" - Möcüzə resept - Zülal, kalsium mənbəyi

9 Mart 2020 21:00
0 Şərh     Baxış: 1 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İnək südündə zülal və kalsium vardır, lakin inəyin südü onun balasının orqanizmi üçündür. İnsan orqanizmi onu yaxşı mənimsəmir. Əgər süd sağılırsa, o artıq oksigenlə təmasdan dəyişir, zülal turşuyur, bu isə bizin orqanizmimizə heç lazım deyil.

Bəs nə etməli? Heç bir şey. Təbiətin qanunları ilə gedib, inək özü zülalı, kalsiumu hardan alırsa, biz də o mənbədən almalıyıq. Axı inək özü süd içmir. 

Milli.Az medicina.az-a istinadən tərkibinə görə inək südündən geri qalmayan, əsl zülal və kalsium mənbəyi olan yaşıl süd iksiri reseptini təqdim edir.

İspanaq - 10 dəstə
Kahı 1 dəstə
Nanə təzə - bir dəstə
Su - 2stəkan

Göyərtilər yuyulur, suyu süzülür, blenderə qoyulub, üzərinə otaq hərarətində su alınır. Blenderdən keçirilib, sonra tənzifdən süzülür və elə təzə-təzə içilir. 
Bu içki sizin hüceyrələrinizi zülalla təmin edib, immunitetinizi möhkəmləndirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.