Sağlamlıq

Spirtli içkinin hansı dozası xərçəng yarada bilər? - Alimlər araşdırdı

24 Fevral 2020 06:30
0 Şərh     Baxış: 1 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sauthempton Universiteti Klinikasının tədqiqatçıları Banqor Universitetindən olan həmkarları ilə birlikdə orta səviyyədə spirtli içki qəbulu ilə xərçəng xəstəliyinin inkişafı riski arasında qarşılıqlı əlaqəni qiymətləndirib. Alimlər araşdırmanı siqaret çəkənlər və çəkməyənlər arasında aparıb.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, bu barədə elmi araşdırmanın nəticələri "MedicalExpress" nəşrində dərc olunub.

Elmi işin müəlliflərinin yazdığına görə, həftə ərzində bir şüşə şərab qəbul edən siqaret çəkməyən insanlarda xərçəngin inkişafı riski - kişilərdə 1%, qadınlarda isə 1,4% təşkil edir.

Spirtli içki qəbul edən güclü cinsin nümayəndələri daha çox mədə-bağırsaq traktının bədxassəli şişlərindən əziyyət çəkir. Qadınlarda isə daha çox süd vəzi xərçəngi müşahidə olunur (ümumi halların 55%-də).

"Tədqiqatın nəticələrinə görə, bir şüşə şərabın "siqaret ekvivalenti" - kişilər üçün həftəyə beş siqaret, qadınlar üçün həftəyə 10 siqaret təşkil edir", - deyə alimlər bildirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.