Qarın nahiyəsində piylərin yığılması tibdə çox təhlükəli sayılır. Bu piyə "visseral piy" deyilir. Az miqdarda visseral piyin olması normaldır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu piy daxili orqanlarımızı soyuqdan, travmalardan qoruyur, aclıq zamanı onlar üçün əlavə enerji mənbəyi funksiyasını daşıyır.
Lakin visseral piyin həddindən artıq miqdarda olması çox təhlükəlidir. Bir çox ölkələrdə aparılmış uzunmüddətli araşdırmalar göstərib ki, visseral piyin artıqlığı ürək-damar sistemi, qaraciyər xəstəliklərinin, şəkərli diabetin və onkoloji xəstəliklərin riskini xeyli artırır.
Visseral piyin artıq olub-olmadığını başa düşmək üçün sadəcə insanın qarın nahiyəsinə baxmaq lazımdır - qarnın böyük olması, bel çevrəsinin omba çevrəsindən daha çox olması visseral piyin artıqlığından xəbər verir. Maraqlıdır ki, hətta normal bədən çəkisi olan, lakin visseral piyi çox olan (böyük qarın) insanlarda təhlükəli xəstəliklərin inkişafı riski xeyli artmış olur. Çəkisi eyni olan, lakin visseral piyi daha çox olan insanlarda ürək-damar sistemi xəstəliklərinin, diabetin, xərçəngin inkişafı riski daha yüksək olur.
Visseral piyin artıq olub-olmadığını başa düşmək üçün sadəcə insanın qarın nahiyəsinə baxmaq lazımdır - qarnın böyük olması, bel çevrəsinin omba çevrəsindən daha çox olması visseral piyin artıqlığından xəbər verir.
Maraqlıdır ki, hətta normal bədən çəkisi olan, lakin visseral piyi çox olan (böyük qarın) insanlarda təhlükəli xəstəliklərin inkişafı riski xeyli artmış olur. Çəkisi eyni olan, lakin visseral piyi daha çox olan insanlarda ürək-damar sistemi xəstəliklərinin, diabetin, xərçəngin inkişafı riski daha yüksək olur.
Piylənmənin ən təhlükəli forması hesab edilir
Bizim ölkəmizdə də yekəqarın kişilərin sayı kifayət qədərdir. Onların bəziləri kompleks hiss etsə də, bundan məmnun olanlar da var. Statistik məlumata görə, Azərbaycanda kişilərin yarıdan çoxu artıq çəkidən əziyyət çəkir. Əsasən də ucqar rayon və kəndlərdə nəinki yekəqarın kişilər, hətta bu tip qadınların da çoxluğunun şahidi oluruq.
Ekspertlər də bildirirlər ki, artıq çəki və piylənməyə meyllik yaradan faktorlar hipodinamiya (fiziki hərəkətlərin azalması), genetik amillər, asan mənimsənilən karbohidratların çoxlu miqdarda qəbulu, qidalanma pozğunluqlarıdır. Bunun fəsadları kimi çox zaman insanlarda bədənin ancaq qarın nahiyəsində piylənmə yaranır. Bu, piylənmənin ən təhlükəli formasıdır. Statistikaya əsasən bu cür piylənmə ürək xəstəlikləri, arterial təzyiq və səkərli diabetin olma riskini artırır. Gün ərzində az hərəkət edən, idmanla məşğul olmayan, sağlam qidalanmayan kişilər daha kök olurlar. Xüsusilə də onların qarın bölgəsində artıq piylər toplanır.
Milli.Az