Sağlamlıq

Dırnaq laklarının sağlamlığa ziyan vurduğu müəyyənləşdirilib - Alimlərdən AÇIQLAMA

20 Oktyabr 2019 21:20
0 Şərh     Baxış: 2 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dırnaq laklarının tərkibindəki yüksək toksik maddə insan orqanizminə bərpaolunmaz ziyan vura bilər. Alimlərin gəldiyi nəticə bunu deməyə əsas verir.

Milli.Az bildirir ki, dırnaq lakları qatılaşmasın deyə, onlara formaldegid, parıltı və hamar səth üçün toluol, çatlamaması üçün isə dibutilftalat adlı maddələr əlavə olunur.

"Dibutilftalat insanın endokrinoloji sisteminə ziyan vurur. Bu maddəni bir çox ölkələrdə qadağan ediblər. Folmaldegid isə toksik maddə hesab olunur. Bu maddənin onkoloji xəstəliklərə səbəb ola biləcəyi ehtimal olunur".
Bu fikirləri Üzvi Kimya İnstitutunun araçdırmaçı mühəndisi Olqa Mulina səsləndirib.

Toksikoloq Yevgeniy Kovalyov isə qeyd edib ki, maddələrin təhlükəli effekti istifadədən on il sonra özünü göstərə bilər. Alim bildirib ki, əsasən lakların istifadə müddəti bitdikdən sonra onlarda toksik birləşmələr yaranır. Kovalyov onu da bildirib ki, bir çox manikür ustaları lakları keyfiyyət və istehsal tarixinə görə deyil, təkcə rənglərinə görə seçir. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.