Sağlamlıq

Sağlam arıqlamağın ən asan YOLLARI - Mütləq bunları edin

6 Oktyabr 2019 22:25
0 Şərh     Baxış: 2 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər zaman fərqli pəhriz proqramları ortaya çıxır. Ancaq heç kim bunların sağlamlığa zərərli olub-olmadığını araşdırmır. Ancaq uğursuz pəhriz saxlamaqdansa, həyat tərzinizdə kiçik dəyişikliklər etməklə yemək vərdişlərinizi dəyişə bilərsiniz. Beləliklə, arıqlamaq kimi bir məqsədiniz varsa mütləq sağlam şəkildə qidalanmalısınız.

Milli.Az ölkə.az-a istinadən dietoloqların qızıl məsləhətlərini təqdim edir:

Uzun müddət ac qalmağı və yeməklərdə az miqdarda qida qəbul etməyi tövsiyyə edən pəhrizlər sağlamlığınıza ziyan vurur. 

Bunun üçün bütün pəhriz proqramlarını unudun. Özünüzə elə bir qida rasionu seçin ki, onu gündəlik həyatınızda tətbiq edə biləsiniz.

Yumurta yeyin

Səhər yeməyinə mütləq yumurta yeyin. Bu qida həm aşağı kalorilidir, həm də sizi uzun müddət tox tutacaq. Bu, yalnız arıqlamağa kömək etmir, həm də bədəninizdəki yağları azaldır. Əgər yumurta yeməyi sevmirsinizsə, səhər yeməyi üçün başqa bir keyfiyyətli zülal qəbul edə bilərsiniz.

Bol su için

Normal insanın gündə 2 - 2,5 litr su içməlidir. Əgər siz orqanizminizdə su miqdarını artırsanız, maddələr mübadilənizi 24-30%  sürətləndirəcəksiniz. Bu da kalori yandırmaqda sizə kömək edəcək. Bundan əlavə, yeməkdən yarım saat əvvəl yarım litr su içsəniz, qidalanmada daha az kalori alarsınız.

Tünd qəhvə için

Tünd qəhvə ilə bağlı müxtəlif iddialar irəli sürülür.Ancaq şəkərsiz və qaymaqsız tünd qəhvə və ya türk qəhvəsi artıq piylərin yanmasını 30% artırır. Maddələr mübadiləsini sürətləndirir.Bundan əlavə kofein həm də antioksidantdır.

Yaşıl çay

Qəhvə kimi yaşıl çay da xeyirlidir.  Çəki atmağa kömək edir. Tərkibində az miqdarda kafein var. Ancaq gündə 2-3 stəkandan çox içməmək tövsiyə olunur.

Şəkəri unudun

Şəkər və dadlandırıcılar bu gün çəki artımında ən vacib aktiv maddələrdir. Ayrıca diabet, ürək xəstəliyi və bir çox digər xəstəliklərin əmələ gəlməsinə kömək edir. Bütün süni şəkərli məhsullara yox deyin. Çayınıza və qəhvənizə atmayın. Hətta satılan pəhriz məhsullarının da tərkibini yoxlayın.

Tez həzm olan karbohidratlara yox deyin

Tez həzm olunan (ağ undan hazırlanmış şirniyyatlar, qidalar) karbohidratlar sizin sağlamlığınız üçün zərərlidir. Tədqiqatlar nəticəsində məlum olub ki, tez həzm olunan karbohidratlar, qan şəkərini qısa müddətdə qaldırır və  insanın tez-tez acmasına səbəb olur. 

Porsiyalarınızı azaldın 

Yediyiniz yemək miqdarını azaldın. Bu avtomatik olaraq aldığınız kalori miqdarını azaldacaq.

Yediyiniz kalorilərə fikir verin

Bəzi qidaların kaloriləri olduqca yüksəkdir. Çəkinizə görə, orqanizminizə lazım olan miqdarda kalori qəbul edin. Belə siz öz çəkinizi daima nəzarətdə saxlaya bilərsiniz. 

Yanınızda hər zaman zərərsiz qidalar saxlayın

Gərgin və stresli bir həyat rejiminiz varsa, mütləq acan zaman zərərli atışdırmaları seçəcəksiniz. Bunun qarşısını almaq üçün hər zaman əlinizin altında sağlam qidalar olmalıdır(kəsmik, quru meyvə, qoz, fındiq,)

Ədviyyatlardan istifadə edin

Acı bibərin tərkibində olan kapsaisin maddəsi maddələr mübadiləsini sürətləndirir və iştahı azaldır.

Fiziki ağırlıqlı məşq edin

Əgər siz ciddi pəhrizdəsinizsə, əzələ itkisi ilə üzləşə bilərsiniz. Bu zaman sizin maddələr mübadiləniz yavaşlayacaq və  arıqlama prosesi zəifləyəcək. Əzələ kütləsini qorumaq üçün ağır çəkili məşq etmək çox vacibdir. Bu zaman siz əzələ kütləsini qoruyacaq və sağlam bir bədənə sahib olacaqsınız.

Kardio məşq edin

Fiziki və zehni sağlamlığınıza dəstək verən kardio, sizə kalori yandırmağa da kömək edəcək. Xüsusilə qarın bölgəsində yığılan artıq piylərin yanmasında çox təsirlidir. 

Lifli qidalara üstünlük verin

Lifli qidaların tez doyurucu təsirə malik olmaları çoxuna məlumdur. Lifli qidalar kalori miqdarını da azaltmaqda sizə yardım edəcək. 

Daha çox meyvə və tərəvəz yeyin

Tərkibində çox az kalori olan tərəvəz və meyvələr, arıqlamaq üçün lazım olan əsas qidalardandır. Əksər araşdırmalar göstərir ki, tərəvəz və meyvə yeyən insanlar daha arıqdırlar. Həm də bu qidalar yüksək su tərkiblidirlər.

Asta çeynəyin

Bir çox insan yeməyi demək olar ki, çeynəmədən udur, bu da böyük həzm problemlərinə səbəb olur. Aramla yemək daha az kalori almağa və həzm sisteminizi sürətləndirməyə kömək edir. 

Yuxu rejiminiz düzgün olmalıdır

Yuxu insan sağlamlığı və arıqlamaq üçün çox vacibdir. Düzgün olmayan yuxu, piylənmənin əsas səbəblərindənbiri kimi göstərilir. 

Daha çox zülal yeyin

Arıqlamaq üçün zülal çox vacibdir. Yüksək zülal tərkibli qidalar maddələr mübadiləsini sürətləndirir. Gündəlik qidanızın 25 faizinin zülaldan ibarət olması yemək və gecə qəlyanaltı etmək istəyinizi xeyli azaldır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.