Meyvə-tərəvəzlər 20 dəqiqə suyu içində saxlanıldıqdan sonra qəbul edilməlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Düzgün qidalanma sağlam həyatı şərtləndirən vacib şərtlərdəndir. Sağlamlığı qorumağın əsas şərtlərindən biri də qida zəhərlənmələrindən qorunmaq, tərkibində bakteriyalar olan məhsullardan uzaq olmaqdıır.
Qida bakteriyaları təbiətdə geniş yayılıb. Onlar nəm və isti yerlərdə isə çox yayılmaq xüsusiyyətinə malikdir. Quruluşca müxtəlif olan bakteriyalar Günəş şüası altında məhv olurlar, çünki ətraf mühit quru və günəşli olduqda onlar tab gətirə bilmir.
Milli.Az bildirir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva AZƏRTAC-a deyib: "Qida zəhərlənməsinin qarşısını almağın bir neçə yolu var. İlk növbədə qidaların saxlanma şəraitinə fikir vermək lazımdır. Daha çox soyuducunun buz dolabında saxlanılan qidalara üstünlük verilməlidir. Yeyilən bütün meyvə-tərəvəzlər 20 dəqiqə suda saxlanılmalıdır. Mikroblar suda həll olunduğu üçün təmizlənir, qəbul edilən qidalar daha gigiyenik olur və zəhərlənmələrin sayı azalır".
Mütəxəssislər xalq arasında doğru olduğu düşünülən bir çox məlumatların əslində yanlış təsir bağışladığını bildirirlər. Buna misal olaraq əlləri isti su ilə və antibakterial sabunla yumanın bakteriyaları məhv etməsi inancını nümunə gətirmək olar. Araşdırmalara görə, əlləri isti su əvəzinə ilıq su ilə yumaq məqsədəuyğun hesab edilir, çünki isti su dərini qurudur, dəridə çatların əmələ gəlməsinə səbəb olur. Bu yolla da bakteriyalar dəriyə daha tez daxil olur və çoxalır. Bundan əlavə əlləri antibakterial yox, adi sabunla təmizləmək də kafi hesab edilir.
Başqa bir misal geniş istifadə edilən ət məhsulları ilə bağlıdır. Əti bişirmədən əvvəl mütləq yumağın vacibliyi haqqında deyilənlər düzgün deyil. Doğrudur, ətin yuyulması bakteriyaların bir hissəsini öldürsə də, onların digər yeməklərə və mətbəx əşyalarına keçmək ehtimalını artırmış olur.
Şöbə müdiri bu barədə deyib: "Ət soyuducunun buz dolabından çıxarılandan sonra 2 saat ərzində buz əriyənə qədər onun sterilliyi saxlanılır. Həmin vaxtdan sonra mikroblar ətə sirayət edə bilər. Ona görə də əti normal hava şəraitində 2 saatdan artıq saxlamaq olmaz".
Xüsusən yaz və yay aylarında təbiətin bizə bəxş etdiyi bol vitaminli məhsullardan faydalanmaq, qida bakteriyalarının orqanizmə mənfi təsirindən qorunmaq lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb





