Xroniki yorğunluq sindromu və ya "menecer sindromu"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xroniki yorğunluq sindromu və onun yaranma səbəbləri. Keçən əsrin ikinci yarısından aktuallaşan bu sindrom bəzi ədəbiyyatlarda xroniki yorğunluq sindromu və ya "menecer sindromu", "astenik sindrom" adlandırılır. Sürətlə inkişaf edən meqapolislər, dəyişən həyat tərzi, yaranan yeni texnologiyalar və onlara olan aludəçilik insanları informasiya bolluğunun yaratdığı bir burulğana salır. İnsan beyni bu məlumat çoxluğunu qavramağı və yadda saxlamağı bacarmayaraq yüklənir. Ancaq hər problemi texnologiyalara olan aludəçiliklə də əlaqələndirmək olmaz, burda bir necə müxtəlif faktorlar rol oynayır: qidalanma rejiminin pozulması, qidaların keyfiyyətinin aşağı olması, şəhərlərdə sürətlə əhali artımı və bunun nəticəsində yaşıllıqların məhv edilməsi, bütün gün ərzində ofislərdə çalışan insanlarda yaranan hipoksik vəziyyət (oksigen çatışmazlığı), müxtəlif yaş qrupları arasında yayılan qanazlığı, il ərzində təkrarlanan virus infeksiyaları, xroniki xəstəliklər zamanı uzun müddət dərman vasitələrindən istifadə, fiziki əməyin azalması və s. göstərmək olar. Çoxsaylı tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, insan özündə yorğunluq, halsızlıq hiss edirsə, bu zaman orqanizmdə xüsisi maddələr yaranır. Orqanizmdə toplanan bu natamam mübadilə məhsulları əzələ, bədən ağrılarına, yorğunluq, halsızlıq hissinin formalaşmasına səbəb olur. Beləliklə, xroniki yorğunluq sindromu bir birindən zəncirvari asılı olan pozulmuş maddələr mübadiləsinin təzahürüdür.
Xroniki yorğunluq sindromunun əsas əlamətləri. Xroniki yorğunluq sindromundan əziyyət çəkən insanlar "çox yorulmuşam, halsızam", "bütün bədənim, əzələlərim ağrıyır", "dincəlirəm, amma yorğunluğum çıxmır", "nə qədər yatıram yuxudan doymuram" ifadələri ilə şikayətlərini bildirirlər və çox vaxt bunu soyuqdəymənin əlaməti hesab edirlər.
Xroniki yorğunluq sindromundan necə azad olmaq olar? Yorğunluqdan azad olmaq üçün insanlar müxtəlif vasitələrə əl atırlar: bəziləri energetik içkilərdən istifadə edir, bəziləri günün yorğunluğunu çıxarmaq üçün spirtli içkilərə aludə olur, bəziləri sakitləşdiricilər qəbul edirlər. Bütün bunlar nəticəsində insanlar, sanki, qüsurlu böhrana düşür, şikayətləri daha da artır və bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır.
Xroniki yorğunluq sindromundan azad olmaq üçün: sağlam və balanslaşdırılmış qidaların, təmiz havada çox vaxt keçirin, gecə yuxusunu tənzimləyin, ən az 7-8 saat yatın, yatmazdan əvvəl texnologiyalardan istifadə etməyin, pozulmuş maddələr mübadiləsini bərpa etmək üçün həkiminizə müraciət edin. Çünki xroniki yorğunluq sindromunun vaxtında qarşısı alınmazsa, bu, ilkin olaraq, zehni əmək qabiliyyətinin zəifləməsinə, yaddaşın pozulmasına, infeksiyalara qarşı müqavimətin azalmasına, bir çox allergiyaya bənzər halların yaranmasına və ən sonda intellektual, psixoloji, seksual pozğunluqlara səbəb ola bilər.
Səhhətinizə qayğı göstərin, istirahət üçün vaxt ayırın, diqqətinizi həyatın müsbət və pozitiv anlarına yönəldin. Həyat gözəldir, onu doya-doya yaşayın. Sağlam olun!
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Toyuq dönərinin bu hissəsini yeməyin - Usta dönərçi açıqladı
-
Evi həftədə neçə dəfə təmizləmək lazımdır
-
Vazelinin bilmədiyimiz FAYDALARI
-
Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?
-
Qiyməti balıqdan qat-qat ucuz, faydası isə eyni
XƏBƏR LENTİ
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
"Özüm yetim olsam da, sizi yetim qoymadım"
-
Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO
-
“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu qazanıb
-
Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə





