Bu 7 əlamət varsa, proktoloqa getməyin vaxtıdır - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Proktoloq duz bağırsağı müayinə və müalicə edən həkimdir. Xəstələrin arzulamadığı və müayinəsinə getməkdən boyun qaçırdıqları ixtisasdır. Proktoloji xəstəliklər barədə hətta doğmalara belə danışmaq çox xəstələr üçün utancvericidir. Proktoloqun anus dəliyi rektal müayinəsi - yəni ilk olaraq əllə baxması isə vəziyyəti lap qəlizləşdirir.
Milli.Az medicina.az-a istinadən proktoloqa getməyi vacib edən 7 əlaməti təqdim edir.
1.Ağrı və şişkinlik
Duz bağırsaq çıxacağında ağrı, şişkinlik, tualetə gedərkən narahatlıq, qaşınma, qızartı varsa, çox güman ki, sizdə dünya əhalisinin 25% də rast gəlinən anal çat və ya babasil əlamətləridir. Lakin hazırda babasil olduğunu güman edən bir çox xəstələrdə düz bağırsağın şişi aşlarlandığı üçün siz bu mütləq babasildir deyib arxayın olmamalısız. Nə qədər istəməsəz də, müayinəni yalnız və yalnız proktoloq edəcək.
2.Düz bağırsaqdan pis qoxulu axıntı, selik, qaşıntı
Çox güman ki, bu iltihabi proses - ptoktit və ya cinsi yolla keçən infeksiyaların olduğunu göstərir. Kiçik çanaq əzələlərinin spazmı - proktalgiya zamanı isə kəskin ağrı bir neçə saat davam edir. Ağrıkəcisi qəbulu ilə vəziyyəti ört-basdır etməyin. Ola bilər irinli abses, ətraf toxumalarda irin, sviş yaranıb.
3.Bağırsağın işində pozulmalar
Qəbizlik, diareya, ishal müntəzəm baş verirsə və 3-4 gündən artıq davam edirsə, proktoloji müayinə mütləqdir. Bu, düz bağırsaqda şiş, iltihab, irinli proses olduğunu göstərir.
4.Anus nahiyədə şiş, düyün
Adətən bu düyünlər xarici babasil düyünləri və ya artıq çölə çıxmış daxili düyünlər olur. Amma bunlar anus ziyili və kontagioz da ola bilər. Əgər düyünlərə əl vurduqda, əyləşdikdə ağrı varsa, bu artıq tromblaşmış düyün və irinli, iltihablı ocaqdır. Nadir halda düyün bədxassəli şiş də çıxır.
5.Güclü qaşınma
İşdə, yolda belə özünüzü qaşımaqdan saxlaya bilmirsizsə, uşaqlarda bu hal ağırlaşmış helmintoz - qurd problemidir. Böyüklərdə isə QİÇS infeksiya, kandidoz göbələyi, müxtəlif infeksiya əlanətləri, şiş, psoriaz və s ola bilər. Əgər qidalanma ilə bağlı yanma, qaşınma hissidirsə, 2-3 günə keçəcək. Yox 1 həftədən çox davam edirsə, proktoloq qəbuluna gedin.
6.Qan
Düz bağırsaqdan qan gəlməsinin tipik səbəbi hemorroy və anal çat ola bilər. Bu qan hər dəfə tualetgə gedəndə al-qırmızı və damcı şəklində görünür. Amma rektal qanama bağırsağın müxtəlif xəstəlikləri, divertikulit - bağırsaq divarının iltihabı, poliplər, xoş və ya bədxassəli şişlərdə də ola bilər. Bu zaman kolonoskopiya da edilə bilər.
Qanama ilə yanaşı nəcis qara rəngdə, pus qoxuludursa, bu artıq yuxarı orqanların, mədənin qanaması deməkdir.
7.Anemiya
Əgər sizdə daimi anemiya, hemoqlobin azlığı varsa və müalicələr effekt vermirsə, yorğunluq, halsızlıq, baş ağrısı, başgicəllənmə varsa, bu bağırsaqdan gizli qanama və ya proktoloji problemdən ola bilər. Ona görə səbəbi bağırsaqlarda axtarmaq lazımdır. Bəzən qanda hemoqlobinin düşməsi səbəbindən geniş araşdırmalar bağırsaqlarda ciddi problemi və bədxassəli şişi aşkarlayır.
50 yaşından yuxarı hər kəs
Tibb 50 yaşından sonra ildə bir dəfə proktoloq və kolonoskopiya müayinəsindən keçməyi mütləq tövsiyyə edir. Çünki bu yaşdan sonra bağırsaq şişləri daha çox aktivləşir və hər 12 nəfərdən birində onkoloji xəstəlik diaqnoz olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İstiridye qabıqları tarlalara tökülməyə başladı: Tullantıdan kənd təsərrüfatına
-
Köp yaratmayan möhtəşəm ləzzət: Qlütensiz ispanaqlı börək resepti
-
Qatıqlı qəhvəni yoxlamağa dəyərmi?
-
80 illik yubileyinə bunu hədiyyə istəyir
-
Evini göstərdi: “Hekayəmin başladığı yer” - FOTO
-
Araz Nəsirov vəzifəsindən azad olundu
-
Günün qoroskopu: Meditasiya, dua və ya sakit istirahət yaxşı təsir edəcək
-
“Qalatasaray” 50 milyonluq transfer üçün hərəkətə keçdi
-
"İnternlər"in aktrisası vəfat etdi
-
Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var - Mikayıl Cabbarov
-
Restoranlarda yeni dövr başlayır: Masalarda artıq bunlar olmayacaq
-
Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir - nazir
-
Gəncədə kütləvi dava - Yaralılar var
-
Gədəbəyə dolu düşüb
-
Azərbaycanla Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib - FOTO
-
İşsizlikdən gileylənir: “Müraciət etdim, xeyri yoxdur”
-
Messi 1957-ci ilin rekordunu təzələdi
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Real”da Vinisius böhranı
-
Pezeşkiandan Trampa cavab: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
-
Azovda həlak olmuş 4 vətəndaşımızın nəşi ölkəyə gətirilib
-
Milli Gimnastika Arenasında Azərbaycan çempionatı keçirilib - FOTO
-
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi





