Sağlamlıq

Mixəyin saçlara İNANILMAZ TƏSİRİ

12 Avqust 2019 22:21
0 Şərh     Baxış: 5 368
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mixək saçları gücləndirib onlara həcm qazandıran effektli bitkidir.

Milli.Az bu yazıda oxuyucuları mixəyin saçlara faydası ilə tanış edir.

1 litr suyun içinə 15-20 ədəd mixək əlavə edin. Bu qarışığı 24 saat ərzində qaranlıq və sərin bir yerdə saxlayın. 24 saat sonra isə suyunu süzün. Bu qarışığı saçlara çəkib yaxalayın. Mixək saçlara həm gözəl qoxu verəcək, həm də baxımlı görünəcəklər.

Mixək saçlara həcm qazandırır və tökülməyin qarşısını alır. Saçları yuyarkən bizi ən çox narahat edən məqam saçların tökülməsidir. Kəskin qoxulu ədviyyat isə bu mərhələdə saç tökülməsinin qarşısını alır və saçları gücləndirir.

Mixəyin digər özəlliyi ondan ibarətdir ki, o, saçlara itirdiyi parlaqlığı və yumşaqlığı geri qazandırır. Eyni zamanda, uzanmasını sürətləndirir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.