Sağlamlıq

Uşaq pudrasının inanılmaz faydaları - MÜKƏMMƏL RESEPTLƏR

1 İyul 2019 21:15
1 Şərh     Baxış: 19 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaq pudrası həssas dərili uşaqlarda bərpaedici rol oynayır. Böyüklərin dərisində isə daha təsirli rola malikdir. Gözəllik mütəxəsisləri və dermotoloqlar tərəfindən dəfələrlə test edilib. Nəticə isə müsbət olub. Belə ki, üzdə olan ləkələr, saç yağlanması, cild baxımı, sızanaq izlərini aparmaqda təsirlidir. 

Milli.Az medicina.az-a istinadən uşaq pudrasının dəriyə faydaları haqqında yazını təqdim edir. 

Uşaq pudrasını ifrat dərəcədə yağlı cildə makiyaj etməzdən əvvəl çəkmək labüddür. Çünki makiyajın axmasının qarşısını alır. Hətta aktiv həyat tərzi keçirsəniz belə, üz qismində tərləməni ləngidir.

Üzdə çıxan sızanaqların quruması üçün yaxşı vasitədir. İltihablı sızanaqlardan sonra qara ləkələrin dəridə qalması tez-tez müşahidə edilir. Bu zaman köməyinizə uşaq pudrası çatacaq. Həftədə iki dəfə həmin nayihələrə vurmaq zəruridir.

Uşaq pudrası cildin problemsiz görünməsinə kömək edir. Makiyajın uzun müddətli qalması üçün hətta heç pozulmayan kosmetik  görüntüyə sahib olmaq üçün istifadə edə bilərsiniz.

Uşaq pudrasının üzə faydaları:

•Uşaq pudrasını kirpiklərinizə tətbiq etdikdən sonra daha həcmli olacaq.
•Tərləmə problemi yaşayan insanlarda dərinin daha matlamasını təmin edir. 
•Dərini quru saxlayar və yağlanıb, parıldamasının qarşısını alır. 
•Sızanaq yaranmasının qarşısını alır.
•Dərinin hamar və yumşaq hal almasını təmin edər. 

Dəriyə qulluq maskası:  

1.5 çay qaşığı gül suyu - 1 çay qaşığı uşaq pudrası.
 Uşaq pudrası və gül suyunu bir qabda qarışdırın. Alınan qarışığı üzünüzdə problem olan hissələrə çəkin. 2 saat saxladıqdan sonra su ilə təmizləyin. Bu maska sızanaqlara qarşı da təsirlidir.   

Hamar dəriyə sahib olmaq üçün uşaq pudrası maskası:   

2 yemək qaşığı su - 1.5 çay qaşığı uşaq pudrası 
Uşaq pudrası və suyu bir qabda qarışdırın. Krem halını alan qarışığı üzünüzə çəkin. 5 dəqiqə saxladıqdan sonra bol su ilə təmizləyin. Maskanı tətbiq etdikdən sonra dəriniz daha hamar və yumşaq olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.