"Gözəllik qurban tələb edir"... və ya Gözəllik naminə ölüm riski
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Liposaksiya əməliyyatları zamanı ölümlərin sayı niyə artıb
Son zamanlar qadınlar rahat arıqlamaq üçün liposaksiya əməliyyatına üstünlük verirlər. Bədəndən piylərin çıxarılması ilə daha arıq görünəcəyini düşünən bəzi xanımlar əməliyyat zamanı ölüm riskinin olacağını düşünmürlər.
"Gözəllik qurban tələb edir" deyib kor-koranə əməliyyata girirlər. Son isə faciə ilə bitir.
Belə ki, may ayında Elmi -Tədqiqat Ağciyər İnstitutunda ginekoloji vərəm üzrə mütəxəssis olan 51 yaşlı Sona Vəliyeva liposaksiya əməliyyatı zamanı dünyasını dəyişib. Məlumata görə, S. Vəliyeva əməliyyat əsasında piy emboliyası nəticəsində dünyasını dəyişib.
Xəstənin yaxınlarının kütləvi informasiya vasitələrinə verdiyi məlumata görə, xəstəyə əməliyyat zamanı ölümlə nəticələnə biləcək fəsadların baş verəcəyi barədə öncədən məlumat verilməyib. Əməliyyat cərrah Sirus Qoçqani tərəfindən həyata keçirilib.
Xatırladaq ki, 2017-ci ildə həkimin digər xəstəsi model Leyla Oruclu da əməliyyatdan sonra dünyasını dəyişmişdi.
Cəmi bir neçə gün öncə - iyunun 12-də isə daha bir nəfərin ölüm xəbəri gəldi. Azərbaycan Tibb Universitetinin dosenti, 65 yaşlı Səadət Şahsuvarova liposaksiya əməliyyatından sonra dünyasını dəyişib. Əməliyyatı onun tələbəsi Vüqar Ələkbərov edib.
Liposaksiya əməliyyatı nədir?
Milli.Az bildirir ki, əməliyyat zamanı nə kimi fəsadlar yarana bilər və s. bu kimi suallara cavab tapmaq üçün Sputnik Azərbaycan-ın əməkdaşı araşdırma aparıb.
Qeyd edək ki, liposaksiya - qeyri-mütənasib piylənmənin vakuum vasitəsilə, artıq piy toxumasının götürülməsi yolu ilə korreksiyası üsuludur.
Hazırda liposaksiya bədənin müxtəlif nahiyələrində toplanmış artıq piy toxumasının götürülməsinin ən geniş yayılmış cərrahi üsuludur.
Dəri nə qədər elastik olsa, kəsilmiş həcmə bir o qədər yaxşı oturur. Liposaksiya olunmasına yaş məhdudiyyəti qoyulmur, xəstənin dərisinin elastikliyi həlledici rol oynayır.
Ancaq əməliyyatın fəsadları da var. Belə ki, istənilən kəskin xəstəliklər və ya xroniki xəstəliklərin kəskinləşməsi, psixi pozğunluqlar, onkoloji xəstəliklər, ümumi piylənmə, dartılmış dərinin sallanmasında, bədən quruluşunun piy toxuması ilə əlaqəsi olmayan dəyişikliklərində liposaksiya edilməsinə icazə verilmir.
Bu səbəbdən də xəstə əməliyyata girməmişdən öncə, bütün müayinələrdən keçməlidir.
Həkim cərrah İsmayıl Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hər bir invaziv müdaxilə zamanı ölüm baş verə bilər.
Çox zaman bu, tormb (qan laxtası) embololiya (qopması) nəticəsində baş verir: "Amma liposaksiya zamanı təkcə trombemboliya deyil, həm də piy emboliyası fəsadı yarana bilər. Piy emboliyası sindromunun 3 əsas simptomu var: kəskin tənəffüs çatışmazlığı, nevroloji disfunksiya və dəri zədələnmələri. Liposaksiyadan 12-72 saat sonra nadir hallarda baş verir".
Həkim qeyd edir ki, liposuction zamanı, dərialtı qatdakı piy toxumasi "əridilmiş", əzilmiş, parçalanmış bir vəziyyət alır. Həmin toxuma parçalarının əksəriyyəti çıxarılır, lakin bəziləri zədələnmiş vena damarlarından mənfi təzyiq hesabına sorulub, ümumi qan dövranına daxil olur.
İ. Ələsgərov hesab edir ki, mikro piy hissəcikləri əsasən ağciyər, beyin, böyrək və dəri kimi orqanlarda emboliyaya, "tıxanıqlığa" səbəb ola bilər.
"Ağciyərlərdə qan dövranın piylə tutulması nəticəsində qazlar mübadiləsi kəsilir, nəfəs çatışmazlığı başlayır. Bundan əlavə, parçalanmış piy hüceyrələrindən çıxan bioaktiv maddələr piy emboliyasi sindromunda iltihab və hüceyrə məhvini artırır. Əksər vaxt klinik əlamətlər çox zəif təzahür edir, xəstəni ümumiyyətlə narahat etmədən öz-özünə aradan qalxır" - deyə həkim bildirib.
Həkimin sözlərinə görə, diaqnoz qoymaq çətindir. Gurd və Vilsonun diaqnostik klinik meyarları hələ də istifadə olunur. Təəssüf ki, hazırda liposuction sonrası piy emboliya sindromu üçün xüsusi terapiya yoxdur, bu səbəbdən ölüm riski həddindən artıq yüksəkdir.
Bax belə. Gözəl görünmək, gözəl olmaq yaxşı şey olsa da, hər bir addımınızın sonunu fikirləşin. Ölməyə dəyərmi?
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
XƏBƏR LENTİ
-
Azərbaycanda şəxsiyyət vəsiqəsində ana adı da yazılacaq?
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
Bakı Dəmiryol Vağzalında 11 yeni turniket quraşdırıldı
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyim qaydaları dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?





