Uşağın gec yeriməsindən narahat olmaq lazım deyil
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Atalar "Uşaq yıxıla-yıxıla böyüyər" deyiblər. Ona görə də təzə yeriməyə başlayan, uşağın büdrəməsindən, stuldan, divardan tuta-tuta gəzməsindən, hətta bir qədər gec yeriməsindən qətiyyən narahat olmaq lazım deyil. Əsas odur ki, addım atsın. Addımlar nə vaxtsa yerişə çevriləcək!
Milli.Az bildirir ki, paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a müsahibə verərkən deyib: "Uşağı tez yeritməyə çalışmaq onun sümüyündə deformasiyalara səbəb olur. Xüsusilə ağır çəkili uşaqlarda yastıpəncəlik problemi yarana bilər. Onurğada müəyyən əyriliyə, deformasiyaya, kefoz, skolioz, onurğanın önə və arxaya əyilməsi baş verə bilər. Eləcə də vaxtından qabaq ayaq üstə duran və yeriyən uşaqların bud-çanaq oynağında sürtülmələr əmələ gələ bilər".
Həkimin dediyinə görə, 8-9 ayına çatmayan uşaqları nəinki yeritmək, hətta ayaq üstə qoymaq da olmaz. Uşağın tez və ya gec yeriməsi onun ayaq üstə qoyulmasından asılı deyil: "Bəzən bir yaşına çatmış uşaq tam sağlam olmasına baxmayaraq yerimir. Hər bir uşaq orqanizminin yeriməyə hazır olmaq vaxtı var. Orqanizm yeriməyə hazırdırsa, uşaq özü qalxıb yeriyəcək. Uşaq təxminən 10-11 aylığından addım atmağa başlayır və təxminən 1 yaşında heç yerdən tutmadan bir neçə addım atır".
Həmin proses 1 yaş 8 aylığına qədər davam edə bilər. Əgər uşaq 2 yaşı tamam olmasına baxmayaraq yerimirsə, bu, tibdə patologiya sayılır. Nevroloq və ya pediatr onun səbəblərini aşkar etməlidir. Bəzən doqquz aylıq uşaqların yeriməsi onda əzələ qıcıqlanmasının yüksək olması, sümüklərin inkişafı və genetik səbəblərlə əlaqədardır. Əzələ hissiyyatı olan uşaqlar tez ayaq üstə dayanır, lakin ayaqlarını tam yerə qoymur və barmaq uclarında dayanır. Gimnastik hərəkətlər və masajla həmin halı aradan qaldırmaq mümkündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Toyuq dönərinin bu hissəsini yeməyin - Usta dönərçi açıqladı
-
Evi həftədə neçə dəfə təmizləmək lazımdır
-
Vazelinin bilmədiyimiz FAYDALARI
-
Həddindən artıq tərləmə hansı xəstəliklərin əlamətidir?
-
Qiyməti balıqdan qat-qat ucuz, faydası isə eyni
XƏBƏR LENTİ
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
"Özüm yetim olsam da, sizi yetim qoymadım"
-
Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO
-
“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu qazanıb
-
Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə





