Sağlamlıq

Artıq çəkidən əziyyət çəkən insanların beyni kiçik olur - Araşdırma

10 Yanvar 2019 09:48
0 Şərh     Baxış: 3 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Piyli qarınlı kişilərin və bel hissəsi yağlı olan qadınların beyin ölçüsünün kiçik olduğu aşkarlanıb.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, araşdırmalara görə, bel hissəsində piylənmə olan insanların beyinləri ölçü olaraq normadan kiçikdir.

Bu barədə məlumatı "Neurolohy" dərgisi yayıb.

İngiltərənin Lesterşir qraflığında yerləşən "Loughborough" Universitetinin professoru Mark Harmer artıq çəkidən əziyyət çəkən insanların beyin ölçülərinin kiçik olduğunu söyləyib. O bildirib ki, həmin insanlarda yaddaş zəifləməsinə və demans xəstəliyinə daha çox rast gəlinib.

Onun dediyinə görə, bel ətrafındakı piylənmə boz beyin hüceyrələri ilə əlaqəlidir:

"Ancaq hələ bilinmir ki, piylənmə beyin kiçilməsinə səbəb olur, yoxsa kiçik beynin bədəni piyləndirir. Bunu dəqiqləşdirmək üçün yenə də araşdırmalar aparacağıq"

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.