Sağlamlıq

Uşaqda ayaq ağrılarının səbəbi nədir? - PEDİATR AÇIQLAYIR

29 Noyabr 2017 21:30
1 Şərh     Baxış: 34 547
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzən azyaşlı uşaqlarda ayaq ağrıları ilə rastlaşırıq. Bunun isə nədən yarandığını anlamaq çətin olur. Təbii ki, bu hal valideynlərdə narahatlıq yaradır. Bəs görəsən uşaqlarda ayaq ağrılarına səbəb olan hallar hansılardır?

Milli.Az bildirir ki, bununla bağlı ailem.az-a məlumat verən pediatr Günay Rəsulova deyir ki, uşaqlarda ayaq ağrısı şikayəti eşidən kimi bəzi həkimlərin və valideynin ağlına ilk revmatizm xəstəliyi gəlir: "Qəbula gələn xəstələrin çoxu artıq evdən bu "diaqnozla" gəlir. Əllərində də qanda yoxlanmış və "təsdiqlənmiş" müsbət revmotestlər. Yalnız bu analiz cavablarına əsasən aylarla boşuna bicillin vurulan sağlam uşaqlar da gördük. Nəzərinizə çatdırım ki, revmatizm diaqnozu sadəcə qan analizi ilə qoyulmur, xüsusi diaqnostik kriteriləri var ki, onu da işinin mütəxəssisləri bilir".
 
G.Rəsulova deyir ki, oynaq, sümük, əzələ ağrılari bir sıra revmatik xəstəliklərin əsas əlamətidir: "Yanaşı əsas və ciddi şikayətlər olur ki,mütəxəssis bunu aydınlaşdırır. Ayaq ağrıları bəzi ortopedik xəstəliklərdə də görülə bilər - onurğa əyrilikləri, yastıpəncəlilik, perthes xəstəliyi və s. Bununla bərabər travma sonrası ola bilər, məsələn, sınıq, çıxıq, burxulma, əzilmə kimi hallarda. Ayaq ağrıları qan xərçəngi və bəzi onkoloji xəstəliklərdə (sümük şişləri) ola bilər. Bu xəstəliklərdə tək ayaq ağrı şikayəti olmur, yanaşı olaraq başqa ciddi simptomlar da görülür".
 
Həkim qeyd edir ki, 3-12 yaş arası uşaqlarda böyümə ağrıları kimi də ayaqda ağrı şikayəti görülə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.