Nevrozun ƏSAS ƏLAMƏTLƏRİ - Digər xəstəliklərlə səhv salmayın!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nevroz sinir sisteminin geri dönən funksional pozulmadır. Nevroz təhlükəli xəstəlik olmasa da insanın həyat keyfiyyətini xeyli azaldır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bütün dünyada nevroz ən yayılmış nevroloji pozulmadır. Tibbi stasistika göstərir ki, ildən ilə bütün dünyada nevroz halları artmaqdadır. Alimlər bunun əsas səbəbini müasir insanın olduqca sürətli, stresli həyat tərzi ilə izah edir. Böyük şəhərlərdə yaşayan insanlarda kənd yerlərində yaşayan insanlarla müqayisədə nevroza dəfələrlə tez-tez rast gəlinir.
Qadınlar nevrozlara daha çox meyilli olurlar ki, bu da onların kişilərə müqayisədə daha emosional və həssas olmalarından irəli gəlir.
Nevrozun əsas əlamətləri aşağıdakılardır:
- həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq
- tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi
- yuxusuzluq, çətinliklə yuxuya getmək və ya səhər oyandıqdan sonra zəiflik və yorğunluq hissi
- güclü işıqlanma və yüksək səsə ağrılı reaksiyanın verilməsi
- müxtəlif fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur)
- beyindən çıxmayan, yorucu, təkrarlanan fikirlər (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxmaq və s.)
- orqanizmin digər orqan və sistemlərində baş verən pozulmalar: iştahanın pis və ya əksinə həddindən artıq güclü olması, ürəkbulanma, qəbizlik, ishal, qarında ağrı, baş gicəllənməsi, arterial təzyiqin enib-qalxması, ürək döyüntülərinin tezləşməsi, ürək nahiyəsində olan narahatlıq hissi, cinsi meylin azalması, cinsi zəiflik və s.
- bədənin müxtəlif yerlərində ağrılar (boyun nahiyəsində, çiyinlərdə, beldə, mədədə, ürəkdə, baş ağrıları və s.).
Gördüyünüz kimi, pozulmanın simptomları olduqca müxtəlifdir və bu da nevrozun diaqnostikasında problemlər yaradır. Tez-tez elə olur ki, nevrozdan əziyyət çəkən xəstə müxtəlif həkimləri "gəzir" (kardioloq, endokrinoloq, qastroenteroloq və s.), lazım olmayan müayinələr və analizlərdən keçir və yalnız sonda heç bir xəstəlik aşkar olunmadıqda nevropatoloqun qəbuluna düşür. Bu isə, təbii ki, vaxt və vəsaitin itkisinə səbəb olur.
Nevroz müalicə olunan pozulmadır. Sadəcə insan vaxtında lazım olan mütəxəssisə müraciət etməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
FHN əhaliyə müraciət etdi
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"
-
19 yaşlı gənc suda boğuldu
-
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxıla bilər - FOTO
-
"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Alsunun şirkəti bağlandı
-
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?
-
Tanınmış vəkil vəfat etdi
-
“Muradı mən yoldan çıxardım”





