Uşaqlarda erkən diş çürümələrinin qarşısını belə alın - PEDİATR MƏSLƏHƏTİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Erkən yaşda əksər uşaqlarda dişlə bağlı müəyyən narahatlıqlar olur. Yeni diş çıxaran uşaqlar xüsusilə bu dövrdə çox narahat olurlar. Həmçinin yeni çıxan dişlərin az müddət sonra bəzi uşaqlarda çürüməsi də müşahidə olunur. Bu isə onlarda bir çox narahatlıqlara səbəb olur. Bəs erkən diş çıxarma zamanı narahatlıqları aradan qaldırmaq üçün nə etmək lazımdır? Erkən diş çürümələrinin səbəbi nədir?
Milli.Az xəbər verir ki, bununla bağlı ailem.az-a danışan pediatr Günay Rəsulova bildirir ki, diş çıxararkən körpələr çox narahat olur: "Ağızdan çox su axır, uşaqlar əllərinə keçən hər şeyi ağızlarına salırlar. Həmçinin bu, onlarda yuxu problemi, qulaq qaşınması, diş əti qaşınması kimi hallarla özünü büruzə verir. Dişlər çıxdıqdan sonra bu əlamətlər itir. Bu dönəmdə damaq qaşıyıcıları, soyuq qaşıq, nəm və soyuq parça istifadə edilə bilər".
Körpələrdə və uşaqlarda diş çürüklərinin qarşısını almaqla bağlı məsləhət verən pediatr xəbərdarlıq edir ki, karbohidrat (şəkər) tərkibli sular və əlavə qidalardan uzaq durulmalıdır: "Xüsusilə yatmazdan öncə uşaqlara şirin su, çay qətiyyən verilməməlidir. Körpənin qaşığı kiminləsə paylaşılmamalıdır. Əks halda zərərli bakteriyalar körpəyə keçər. Analar uşağın əmziyini ağızda isladıb uşağa verməməlidir. Əmziyin bal, mürəbbə kimi qidalara batırılıb körpəyə verilməsi də yolverilməzdir. Şəkər dişi çürüdən zərərli bakteriyalar üçün qidalı mühitdir".
G.Rəsulova deyir ki, uşaqlara, tərkibində rafinə şəkər olmayan təbii meyvə, tərəvəz, taxıllar, süd, pendir, qatıq və başqa süd məhsulları bol-bol verilməlidir. Mümkün olduqca şüşə yerinə fincan istifadə edilməli, əmzikdən uzaq durulmalıdır. Uşaqlara barmaq əmmə, dırnaq yemə kimi zərərli vərdişlər tərgidilməlidir. Bundan başqa uşaqlarda diş təmizliyinə diqqət edilməlidir: "1 yaşdan aşağı uşaqların dişi yumşaq bir fırça və ya barmağa sarılmış yumşaq bintlə təmizlənilməlidir. 1-2 yaşlı uşaqların da dişləri fırçalanmalıdır. 2-6 yaş arası uşaqlar isə flor tərkibli diş fırçaları ilə gündə 2 dəfə dişlərini ailə üzvlərindən birinin nəzarəti ilə fırçalamalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Köp yaratmayan möhtəşəm ləzzət: Qlütensiz ispanaqlı börək resepti
-
Qatıqlı qəhvəni yoxlamağa dəyərmi?
-
80 illik yubileyinə bunu hədiyyə istəyir
-
Evini göstərdi: “Hekayəmin başladığı yer” - FOTO
-
Araz Nəsirov vəzifəsindən azad olundu
-
Günün qoroskopu: Meditasiya, dua və ya sakit istirahət yaxşı təsir edəcək
-
“Qalatasaray” 50 milyonluq transfer üçün hərəkətə keçdi
-
"İnternlər"in aktrisası vəfat etdi
-
Azərbaycanda hələ də böyük həcmdə neft-qaz ehtiyatları var - Mikayıl Cabbarov
-
Restoranlarda yeni dövr başlayır: Masalarda artıq bunlar olmayacaq
-
Qarabağda və Şərqi Zəngəzurda güzəştlərin müddətinin uzadılması nəzərdən keçirilir - nazir
-
Gəncədə kütləvi dava - Yaralılar var
-
Gədəbəyə dolu düşüb
-
Azərbaycanla Avstriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib - FOTO
-
İşsizlikdən gileylənir: “Müraciət etdim, xeyri yoxdur”
-
Messi 1957-ci ilin rekordunu təzələdi
-
Barza Collection və MoMA Baku-nun dəstəyi ilə rəssam Tural Möyüfovun ilk fərdi sərgisi – “HÜDUD” təqdim olundu - FOTO
-
“Real”da Vinisius böhranı
-
Pezeşkiandan Trampa cavab: İran hər cür təhdid qarşısında qətiyyətlə dayanacaq
-
Azovda həlak olmuş 4 vətəndaşımızın nəşi ölkəyə gətirilib
-
Milli Gimnastika Arenasında Azərbaycan çempionatı keçirilib - FOTO
-
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
-
“Galendewagen”lə insident törədən sürücüyə cəza verildi
-
Yasamalda obyektdə baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO





