Sağlamlıq

Ana südünü azaldan qidalar - SİYAHI

1 Sentyabr 2017 23:52
1 Şərh     Baxış: 28 401
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Anaların süd verdiyi dönəmdə südü artıracaq qidalar yeməsi çox vacibdir. Amma bəzi qadınlar yanlış olaraq ana südünü azaldan qidalardan istifadə edirlər. Milli.Az ailem.az-a istinadən ana südünü azaldan həmin qidaları sizə təqdim edir.

Nanə
 
Nanə və mentol tərkibli qidalar südün tərkibinin, dad və qoxusunun dəyişməsinə səbəb olur. Bu səbəbdən əmizdirən analara tövsiyyə edilmir.
 
Cəfəri
 
Əmizdirilmənin əsəs şərtlərindən biri sudur. Cəfəri bədəndəki suya təsir göstərir və ana südünü azalda bilir. Ona görə də bu dövrdə məhdud istfadə edilməsi məsləhətdir.
 
Sirkə və limon
 
Ana südünü azaldan qidalar arasında sirkə və limon da var. Həddindən artıq istifadə edildikdə südün azalmasına təsir göstərir.
 
Qarğıdalı
 
Qarğıdalının müntəzəm istifadəsi nişastanın tərkibinə görə vaxt keçdikcə ananın siqaret çəkməsinə səbəb ola bilər.
 
Çuğundur
 
Yaxşı bir antioksidant  və vitamin mənbəyi olan çuğundur az miqdarda istifadə edildikdə ananın südünü artırır. Amma diqqət etmək lazımdır ki, çox olmasın. Əks təqdirdə südün azalmasına səbəb ola bilər.
 
Nişasta
 
Un, kələm, kartof, noxud və s. kimi tərkibində nişasta olan qidalar da ana südünün səmərəliliyinə mənfi təsir edir.
 
Acı ədviyyatlar
 
Əmizdirən analardan uzaq tutulmalı olan qidalar istiot, qara, qırmızı bibər kimi acı ədviyyatlardır. Onlar südün dadını dəyişdirir və azalmasına səbəb olur.
 
Duzlu qidalar
 
Ana süd verən zaman çox duzlu qidalardan istifadə edərsə, bu, onun südündə azalmalara səbəb olur. Xüsusilə konservləşdirilmiş və duzlanaraq saxlanma üçün nəzərdə tutulan balıq məhsulları da buraya daxildir.
 
Siqaret və spirt
 
Ekspertlər tərəfindən aparılan tədqiqatlar göstərir ki, nikotin və alkoqol ana südünün keyfiyyətini və istehsalını azaldır. Istifadəyə davam edildikdə süd vasitəsi ilə keçən zərərli maddələr səbəbi ilə körpənin inkişafında arzuolunmaz hallar meydana çıxa bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.