Sağlamlıq

Qarını dümdüz edən çay

10 Sentyabr 2016 18:35
9 Şərh     Baxış: 5 617
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qarın əridən çayın faydalarından biri tərkibində olan xiyar, zəncəfil və limon kimi qidalar sayəsində həzm fermentlərini işlətməsidir. Milli.Az atv.az-a istinadən bildirir ki, yediklərinizi daha asan həzm etmənizə kömək edən göbək əridən çay, eyni zamanda uzun müddət toxluq hissi verir. 

Vəsaitlər:
 
1 ədəd doğranmış xiyar
 
1 ədəd şirin qaşığı rəndələnmiş təzə zəncəfil
 
1 ədəd dilimlənmiş limon
 
10-12 budaq təzə nanə
 
1 litr su (otaq istiliyində)
 
Hazırlanması:
 
Qarın əridən çayın tam olaraq işə yaraması üçün gecə boyunca gözlədərək dəmlənməsi lazımdır. Bu səbəblə, çayınızı axşamdan hazırlamaq daha doğru olacaq.
 
Çayınız üçün şüşə bir dolçaya bütün vəsaitləri əlavə edin. Soyuducuda səhərə qədər gözlədin. Daha sonra səhər, günorta, axşam və ara paylarda olmaq üzrə bir böyük stəkan bu çaydan için.
 
Yatana qədər 1 litr çayı içmiş olun və axşam yenisini edərək bu cür davam edin. İstədiyiniz kiloya enənə qədər hər gün içə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.