Sağlamlıq

Ən faydalı içki - Sarıkök suyu

19 Avqust 2016 20:04
11 Şərh     Baxış: 45 702
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sağlamlıq baxımından faydalı olan sarıkökün faydaları danılmazdır. Antioksidan təsiri, yaşlandırmanı gecikdirməsi,  iltihab əleyhinə effektli olması bunlardan bəziləridir.

Milli.Az lent.az-a istinadən bildirir ki, sarıkökün tərkibindəki "kürkümin" adlı aktiv üzvi birləşmənin isə çoxlu sayda faydası var və buna görə sarıkök suyu içə biləcəyiniz ən faydalı içkidir.

Sarıkök suyunun hazırlanması:
 
Bir stəkan ilıq suya bir çay qaşığı üyüdülmüş sarıkök ilə birlikdə bir çimdik istiot əlavə edin. Qarışımı o dəqiqə için.
 
Sarıkök suyu hər səhər içilməlidir və sağlıq baxımından faydaları isə bunlardır:
 
- Tənəffüs yolu xəstəlikləri, astma, bronxit, sinuzit üçün faydalıdır.
 
- Sütun xərçəngində mükəmməl effektləri var.
 
- Katarakt yaranmasının qarşısını alır.
 
- Qaraciyəri gücləndirir.
 
- İflicə də təsirlidir.
 
- Mədədə köp dağıdıcıdır.
 
- Sarılıqda effektlidir.
 
- Qansızlığın qarşısını alır.
 
- Daş yaranmasının qarşısını alır, sidik yolu və dalaq xəstəliklərində effektlidir.
 
- Xolesterolu çox tez aşağı salır.
 
- Ürək sağlığını dəstəkləyir.
 
- Sarıkökün tərkibindəki kürkümin maddəsi damarlardakı düyünləri yox edir və qan laxtasının yaranmasının qarşısını alır.
 
- Tip 2 şəkər xəstəliyinin müalicəsində effektlidir.
 
- Beyni qoruyur. Alimlərin fikrincə böyümə hormonunun aşağı səviyyədə olması (BDNF), yaddaşsızlıq və huşsuzluqla bağlıdır. Sarıkökün tərkibində olan kürkümin maddəsi isə bu hormonun səviyyəsinə nəzarət edir, yaşla bağlı beyin xəstəliklərini əngəlləyir.
 
- Güclü antioksidan olduğundan kürkümin xərçəngin qarşısını alır.
 
- Şişkinliyi, ağrını müalicə etməkdə effektlidir.
 
- Həzmi tənzimləyir. Sarıkökü davamlı yemək həzmi yaxşılaşdırır.
 
- Öd kisəsinin funksiyalarını yaxşılaşdırır, qaraciyəri toksinlərin təhlükəli nəticələrindən qoruyur və fəsadlı qaraciyər hüceyrələrini yaxşı şəkildə yeniləyir.
 
- Yaşlanmanı yavaşladır, uzun ömrü dəstəkləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.