Bəzi bitki çayları uşağın düşməsinə səbəb olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün bitki çayları daha çox üstünlük verilən içkilər sırasında öndə gəlir. Qara çaya alternativ olaraq sağlamlıq baxımından faydalı olan bitki çayları bu üstünlüyünə görə arzuediləndir. Baş ağrısından tutmuş depressiyaya qədər demək olar ki, bir çox problemlərin əlacı olan bitki çayları sağlamlıq baxımından xeyirlidir. Xüsusən də soyuq hava günlərində soyuqdəyməyə qarşı bitki çaylarının çox yaxşı təsiri var. Lakin bəzi bitki çayları faydaları ilə yanaşı zərərli təsir də göstərə bilər. Araşdırmalar zamanı məlum olub ki, bitki çayları hamilə qadınlar üçün arzuedilən deyil. Bir çox hamilə qadınlar bilmədən bitki çayları içirlər. Lakin unudurlar ki, gələcəyin anaları bu həssas dövrdə yedikləri və içdiklərinə fikir verməlidirlər. Hər bitki çayı içilməməli, içilsə də, mütləq tərkibinə fikir verilməlidir. Əks təqdirdə bitki çayının içərisində olan maddələr körpəyə ziyan verə bilər. Belə ki, bitki çayı içmək hamiləliyin ilk 3 ayında düşmə riskinə, son 3 ayda isə vaxtından əvvəl doğuşa səbəb ola bilər.
Milli.Az aile.lent.az-a istinadən bununla bağlı hamilə qadınlara mütəxəssis məsləhətlərini təqdim edir.
Bitki çayı uşaqlıq sıxılmalarını artırır
Bitki çaylarının tez-tez içilməsi düşmə riskini, hamiləlikdə qanama riskini və uşaqlıq sıxılmalarını artırır. Vaxtından əvvəl doğuş da istisna deyil. Fol turşusu səviyyəsinə mənfi təsir etdiyi üçün hamiləlik zamanı yaşıl çaydan uzaq durmaq lazımdır. Uşaq əmizdirən qadınların tərkibində kofein olan yaşıl çay içmələri körpənin yuxu nizamının pozulmasına səbəb ola bilər. Hamilə qadınlar ilk 3 ayda bitki çayları mövzusuna çox həssaslıqla yanaşmalıdırlar. Çünki ilk 3 ayda düşmə riski çox olur. Gələcəyin anaları bitki çayı ilə bağlı mütləq həkimləri ilə məsləhətləşməlidirlər. Hamiləlik olduqca riskli bir dövrdür. Buna görə də hamilə qadınlar əllərinə keçən hər bitki çayını içməməlidirlər. Onlar bitki çaylarının tərkibinə diqqətlə fikir verməli və lazım olan qədər içməlidirlər.
Düşmə riski ilə əvvəllər də rastlaşan qadınlar isə daha diqqətli olmalıdırlar. Çünki bitki çayı uşaqlıq sıxılmalarına səbəb olur ki, bu da düşmə ilə nəticələnə bilər. Vacib olan qədərində içmək və həddi aşmamaqdır. Kəklikotu, zəfəran, zirə, darçın və digər bu kimi ədviyyatların da istifadəsi hamiləlikdə arzuedilən deyil. Hamiləlikdə kalsium nizamını balanslaşdırmaq üçün bol su içmək lazımdır. Gündə ən azı 2,5 litr su və meyvə suları içmək vacibdir. Əgər yaşıl çayı çox sevirsinizsə, gündə 1 fincandan artıq içmək olmaz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
FHN əhaliyə müraciət etdi
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"
-
19 yaşlı gənc suda boğuldu
-
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxıla bilər - FOTO
-
"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Alsunun şirkəti bağlandı
-
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?
-
Tanınmış vəkil vəfat etdi
-
“Muradı mən yoldan çıxardım”





