Uşaqlara "smes" vurdurmaq təhlükəlidir - PEDİATR XƏBƏRDARLIĞI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Soyuq fəsillərdə uşaqlar daha tez soyuqdəymə xəstəliklərinə tutulurlar. Bu xəstəliklərin əsas və valideynləri daha çox narahat edən, qorxudan simptomu bədən hərarətinin yüksəlməsidir. Bu durumda adətən analar tez həyəcanlanır və nə etmək lazım olduğunu unudurlar. Bəs uşaqda temperatur yüksələrkən həyəcanlanmadan ilk nə kimi yardım etmək lazımdır?
Milli.Az bildirir ki, mövzu ilə bağlı aile.lent.az-a danışan pediatr Günay Rəsulova deyir ki, valideynlər körpənin həmişəki halından fərqli - halsız, kefsiz, iştahsız olduğunu hiss etdiyi an ilk növbədə onun hərarətini ölçməlidirlər. Uşağın əllərinin, ayaqlarının sərin olmasına aldanmaq olmaz: "Çünki yüksək temperaturlarda əl-ayaq kapilyarları spazm etdiyi üçün soyuq ola bilər. Əsasən uşağın büküşlərinə, qarnına, alnına baxın. Temperatur ilk 3 ay körpələrdə 37,3-ü keçərsə, sadəcə paltarlarını nazikləşdirin və dərhal həkimə aparın. İlk 3 ay körpələrdə temperaturu mümkün olduğu qədər evdə salmağa çalışmayın. 3 ayından sonra 37,5-ə qədər müdaxilə etməyin, sadəcə paltarlarını çıxarıb fiziki üsullarla bədənini silin. 38-i keçərsə, qızdırmasalıcı verin. Uşaq olan hər bir evdə qızdırmasalıcı - açılmamış sirop və şamlar, eləcə də elektron termometrin (civəli termometr qətiyyən istifadə etməyin) olması vacibdir. Ancaq dərmanın dozasını hər yaşa və kiloya uyğun həkim özü təyin etməlidir, doza düz təyin edilmədiyində temperatur düşməyə bilər".
Həkimin sözlərinə görə, yüksək qızdırmalarda uşaqlarda febril qıcolma vəziyyəti yarana bilər. Bunun ilkin müalicəsi qızdırmasalıcı ilə aparılır. Yalnız uzun müddət davam edən qıcolmada qıcolma əleyhinə dərmanlar həkim tərəfindən verilə bilər: "Unutmayın, febril qıcolma keçirmiş uşağa qıcolma əleyhinə dərmanlar verilməməlidir. Febril qıcolmaların profilaktikası yalnız və yalnız temperaturu çox yüksəlməyə qoymamaqdır".
G. Rəsulova valideynlərə xəbərdarlıq da edib. O vurğulayıb ki, körpələrə el arasında "smes" kimi tanınan litik qarışıq (analgin, dimedrol, novokain) vurmaq qətiyyən olmaz: "Analginin tək dozada sümük iliyində aplaziya verdiyi sübuta yetirilib. Bu, çox təhlükəlidir. Bundan başqa, qızdırmasalıcı kimi aspirin istifadə etməyin. Uşaqlarda virus infeksiyaları zamanı aspirinin istifadəsi çox ağır reye sindromu deyilən patoloji vəziyyətə gətirib çıxarır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Günorta yuxusunun faydaları: Qısa istirahət sağlamlığa necə təsir edir?
-
Yorğun oyanırsınız? - Səhərlər 20 dəqiqə bunu edin
-
Bu yaşlarda bədəndə ciddi dəyişikliklər başlayır - Alimlər açıqladı
-
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər
-
Koronavirusun yeni ştammı AŞKARLANDI
-
Ampullardakı gizli risk - Mikroskopik şüşələr insan bədəninə daxil ola bilərmi?
XƏBƏR LENTİ
-
Küçədə Cem Yılmaza sərt reaksiya: “Allah bəlanı versin!” - VİDEO
-
Rəsul Çunayev atası ilə bağlı maraqlı xatirəni bölüşdü: "O cümləni əzbərləmişdi"
-
Şəhər mərkəzi dəyişir - Yeni model AÇIQLANDI
-
"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
Kurtua klub sahibi oldu
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO
-
Ronaldonun Corcinası görünüşünü DƏYİŞDİRDİ - FOTOlar
-
Gələn həftə 5 gün EVDƏYİK
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə
-
Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb
-
Bakı-Tbilisi-Bakı qatarının gediş-gəliş qiyməti bu gün AÇIQLANACAQ
-
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
-
Beynəlxalq avtomobil daşımaları ilə bağlı YENİ QƏRAR
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
-
Şəhər tale kimi: Azərbaycan daş yaddaşından gələcəyin memarlığına doğru
-
Ançelotti Neymarla bağlı qərarından danışdı
-
Əhaliyə PİS XƏBƏR: Bu peşələri süni intellekt əvəz edir - TAM SİYAHI





