Qışın gəlməsi ilə əlaqədar qrip virusu da artıb. Dünyanın bir çox ölkələrində bu xəstəliyin ağırlaşdığı onlarla insan dünyasını dəyişib. Heyvan mənşəli olan bu virusun hazırda ən yayılmış növü donuz qripidir. Gəlin görək bu xəstəlik haqda nə bilirik, əlamətləri və ondan qorunmaq yolları nədir. Qrip virusu insan üçün nə ilə təhlükəlidir, H1N1 virusuna yoluxmamaq üçün nə etməli?
Donuz qripinin əlamətləri aşağıdakılardır:
yüksək hərarət;
öskürək;
boğazda ağrı;
burun tutulması və ya axması;
baş ağrısı;
bədəndə ağrılar;
titrəmə;
halsızlıq;
bəzən ishal və qusma;
Donuz qripinə tutulduqda nə etməli?
Bu əlamətlərdən biri və ya bir neçəsinə rast gəlindikdə dərhal həkimə müraciət edilməlidir, mümkün olduğu qədər çölə çıxmaqdan və insanlarla kontaktdan çəkinilməlidir.
Evdən çıxmaq lazım gələrsə, mütləq maskalardan istifadə olunmalıdır. Öskürək və asqırma zamanı isə ağız və burunu dəsmalla tutmaq, əlləri tez-tez yumaq da vacibdir.
Donuz qripinin fəsadları:
Donuz qripinin ən geniş yayılmış fəsadlarından biri sətəlcəmdir. Bu zaman xəstənin vəziyyəti kəskin pisləşir və artıq bir sutkadan sonra nəfəsalmada ciddi çətinliklər yaranır. Məhz buna görə daha kəskin ağırlaşmaların baş verməməsi üçün həkimə tez bir zamanda müraciət olunması tövsiyə olunur.
Donuz qripinin müalicəsi
Donuz qripinin müalicəsi bu növdən olan digər xəstəliklərin müalicəsindən çox az fərqlənir. Bu ilk öncə yalnız həkimin yazdığı virus əleyhinə olan preparatların qəbulundan ibarətdir. Həmçinin ağrıları yüngülləşdirən preparatlardan da istifadə olunur. Dəqiq müalicə zamanı, qaydaya görə, donuz qripinə yoluxmuş insanların sağalması risk faktorunun olmaması hallarında 2 həftəyə mümkündür. Mütəxəssislərin sözlərinə görə, yaşlıların, hamilə qadınların, körpə uşaqların və zəif immunitetə malik insanların H1N1 virusuna yoluxma riski daha yüksəkdir.
Qrip və zökəm viruslarından müdafiə üçün bitki tərkibli Mentosil geldən istifadə etmək məsləhət görülür. Mentosil gel bakterial, virus və göbələk mənşəli respirator xəstəliklərin müalicə və profilaktikası zamanı istifadə olunur. Mentosil gel tərkibinə görə bakteriosid, iltihab əleyhinə, təmizləyici və qoruyucu xüsusiyyətlərə malikdir.Tərkibindəki iynəyarpaqlıların efir yağı güclü antiseptik vasitədir. Yuxarı tənəffüs yollarının və burun-udlağın iltihabi proseslərini aradan qaldırır. Mentosil gel burun boşluğunun qan damarlarını daraldır, burun seliyinin ifrazatını azaldır və burunda sərinlik hissi yaradır. Silbiol bakteriosid, göbələk əleyhinə və virus əleyhinə təsir göstərir. Mentosil gel tənəffüsü asanlaşdırır, nəfəsi təravətləndirir.
Mentosil geli iyli zökəm - özena, burnun selikli qişasının quruması, burun tənəffüsünün çətinləşməsi kimi hallar baş verdikdə də istifadə etmək olar.
Mentosil gel bitki tərkibli olduğu üçün hamilə qadınlar da qrip və zökəm viruslarından qorunmaq üçün profilaktika və ya müalicə məqsədilə istifadə edə bilərlər.
İstifadə qaydası: Burun boşluğuna nazik ucluğu vasitəsilə az miqdarda yeritməli. Mentosil geli profilaktik məqsədlə hər 4 saatdan bir, müalicə məqsədilə hər saat tətbiq etmək lazımdır.
Donuz qripinə yoluxmamaq üçün nə etməli?
İnsanların çoxluq təşkil etdiyi yerlərdə çox qalmamaq;
insanlarla ünsiyyət zamanı cib dəsmallarından və ya başqa tibbi maskalardan istifadə etmək;
çirkli əllərlə ağız, burun və gözə toxunmamaq;
əlləri tez-tez yumaq və ev işləri zamanı təmizləyici vasitələrdən daha çox istifadə etmək (spirt, odekolon və s.);
daha çox dincəlmək, təmiz havada gəzmək, düzgün qidalanmaq və yuxu rejiminə düzgün riayət etmək;