Əzgil ilə dərinizi cavanlaşdırın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əzgil kimyəvi tərkibinə görə almaya bənzəyir. Bu çox faydalı meyvədir.
Milli.Az sağlamolun.az -a istinadən xəbər verir ki, əzgilin tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar (kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s.) var.
Əzgil mədə-bağırsaq sisteminin həkimidir. Kal əzgil ishalı müalicə edir, bağırsaqları yığır, dəymiş əzgil isə əksinə, qəbizlikdən azad edir, bağırsaqları çox yaxşı təmizləyir. Əzgil pektinlərlə zəngindir. Bu maddələr orqanizmdə yığılan ziyanlı maddələri (toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) xaric edir. Əzgili uzun müddət ərzində qəbul edən insan orqanizmi əsaslı şəkildə təmizləyə bilər.
Əzgil həmçinin qanda "pis" xolesterinin səviyyəsini aşağı salır və bunun nəticəsində damarları qoruyur, aterosklerozun inkişafını ləngidir. Ateroskleroz zamanı damarların divarlarında xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, onların elastikliyi pozulur. Bu proses ürək və beyin damarlarını da əhatə edir. Nəticədə insanda insult və infarktın riski artır.
Əzgil ürək-damar sistemi xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı çox faydalıdır - arterial təzyiqi tənzimləməyə kömək edir, ürəyin fəaliyyətini yaxşılaşdırır, ürək əzələsini möhkəmləndirir, qanın laxtalanmasını artırır.
Əzgil sınanmış bəlğəmgətirici vasitədir. Bronxit, öskürək zamanı əzgilin lətini əzib balla qarışdırın və qəbul edin. Bu dadlı dərman nəfəsalmanı asanlaşdırır, nəfəs yolları təmizləyir, iltihabın azalmasına kömək edir.
Əzgil yarpaqları da çox təsirli müalicəvi vasitədir. Əzgil yarpaqlarından hazırlanan dəmləmə orqanizmdən ziyanlı maddələri xaric edir, böyrəkləri duzlardan təmizləyir, orqanizmə iltihabəleyhinə və virusəleyhinə təsir edir. Gün ərzində 1 stəkan belə dəmləmə içmək olar.
Əzgil yarpaqlarının dəmləməsi angina zamanı da yaxşı effekt verir. Bu dəmləmə ilə gündə bir neçə dəfə boğazı qarqara etmək lazımdır. Həmçinin belə dəmləmə damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır, ağızda iltihablarla mübarizə aparır.
Əzgil yarpaqlarının dəmləməsi müxtəlif dəri xəstəlikləri (psoriaz, ekzema, dermatit, səpkilər vəs.) zamanı istifadə olunur. Körpələrin dərisində olan səpkiləri də bu dəmləmə yaxşı aparır. Uşağı çımizdirəndə vannaya əzgil yarpaqlarının dəmləməsini əlavə edin.
Əzgil üz dərisi üçün də çox xeyirlidir. Əzgilin ləti dərinin elastikliyini artırır, nəmləndirir, cavanlaşdırır. Ən sadə maska varianti - əzgili təmizləyin, əzin və üz dərisinə çəkin. Dəriniz qurudursa, maskaya 1 çay qaşığı zeytun yağı əlavə edin. 20 dəqiqədən sonra üzünüzü yuyun.
Əzgildən çox yaxşı təbii skrab hazırlamaq olar. Bunun üçün əzgilin tumlarını qəhvə üyüdən maşında əzin, əzgilin ləti ilə qarışdırın və üzünüzü bu skrabla təmizləyin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hamımızın içdiyi məşhur içki TƏHLÜKƏLİDİR
-
Hər 8 nəfərdən biri qəbul edir - Heç bir təsiri YOX İMİŞ
-
Makaronun faydaları nələrdir? - sağlam qidadırmı?
-
Bu meyvə şirəsi ürəyin DƏRMANIDIR
-
Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ
-
Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağındaca yetişir
XƏBƏR LENTİ
-
SEPAH ABŞ-yə ultimatum verdi
-
Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır - Bəyanat
-
Starmer də İrəvana gəldi
-
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub
-
ABŞ hərbçiləri bu ölkədə itkin düşdülər
-
Bakının bu ərazilərində ilanlar AKTİVLƏŞİB
-
Təyyarə qəzasında piklbol komandasının bütün heyəti həlak olub
-
Zelenski İrəvana səfər etdi
-
Meteohəssas insanların DİQQƏTİNƏ
-
Oktay Çubukun vəziyyəti necədir?
-
Əkiz bacılar DNT testi hər kəsi təəccübləndirdi
-
Bir reklamdan 5 milyon manat qazandı - Rekord
-
Sürücülərin nəzərinə!
-
Belə bərbərxana görmüşdünüz? - Oriental rəqqasələrin müşayəti ilə saç qırxırlar - VİDEO
-
Tiflisdə Azərbaycan vətəndaşı saxlanıldı
-
"Heç öz ad günümdə tort YEMİRƏM"
-
“Azərbaycanlı qadınlar ölkəmizə eşq məsələləri üçün GƏLMƏYİBLƏR" - VİDEO
-
"Real"ın keçmiş ulduzunun son halı ÜZDÜ: Tanınmaz haldadır - FOTOlar
-
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTO
-
"Ürəyimi açdım, arxamdan VURDU"
-
Dünya çempionatından əvvəl "ZƏLZƏLƏ": Futbol azarkeşləri ŞOKDA
-
Bakı marafonunda birinci olduğum üçün çox xoşbəxtəm - Əhməd Alkanoğlu
-
Qadın gecə 3-də evə gələn ərini belə CƏZALANDIRDI - VİDEO
-
Makiyajsız görüntüsü ilə DİQQƏT ÇƏKDİ - VİDEO





