Düz yarım əsr bunu adamlara qadağan etdilər!
Bu yaxınlarda amerikalılar 50 il müddətində sağlam hesab etdikləri ərzağın siyahısını yenidən gözdən keçirərək rəsmi pəhriz məsləhətlərini dəyişdirməli olublar.
Milli.Az xarici KİV-ə istinadən bildirir ki, indi onlar deyirlər ki, əvvəllər sağlam hesab edilən qidalar diabet yaradırmış. Bu isə o deməkdir ki, ilk növbədə insan gərək savadsız dietoloqlara deyil, öz orqanizminin səsinə qulaq assın.
Əgər "sağlam" qidalanırsansa, səhərini duzsuz qayğanaqla başlayıb, şamda soyutma toyuq döşü yeyirsənsə, sənə pis xəbərimiz var. Çünki bu cür qidalananlar üçün iri xəstəlik "buketi" qapıda hazır dayanıb: piylənmə, ürək xəstəlikləri və diabet. Üstəlik, səhərlər tünd qəhvə içib ət qızartması yeyənlərə də lağ edirsənsə, daha pis, onların bəxti səndən daha yaxşı gətirib.
ABŞ-da yeni pəhriz məsləhətləri dərc edilib, burada çox maraqlı məqamlar var.
"Amerikalıların tam iki nəsli pəhriz məsləhətlərinə uyğun olaraq qidalanıb, onların nəticəsi isə kliniki olaraq təsdiq edilməyib", - ABŞ-ın sağlamlıq, sağlam həyat və qidalanmadan yazan iri mətbuat orqanları haray çəkirlər.
Nə dəyişib?
Ən əsası - qidalanmada piyin aşağı həddə olması məsləhəti tam fiaskodur. Sənədin yeni versiyasında deyilir ki, qidadakı xolesterinin qandakı xolesterinə heç bir aidiyyəti yoxdur. Deməli, çox nahaq yerə insanlar düz 50 il yumurta sarısı və qaraciyər yeməkdən məhrum ediliblər.
Pəhriz məsləhətlərinin dəyişməsi həyatın müxtəlif sferalarına - orta məktəbdə qidalanma proqramından tutmuş kliniki dietoloqların işinə qədər - təsir edəcək.
Bəs necə olub ki, illərlə yağlı əti qeyri-sağlam qida hesab etmişik?
"New York Times" yazır ki, burada qida sənayesinin "rolu" böyükdür: yəni onlara aşağı yağlı məhsulu satmaq daha məqsədəuyğun və sərfəli idi.
Amma əsas səbəb budur ki, əvvəlki məsləhətlər çox zəif sübutlar üzərində qurulmuşdu. Həmin sübutlar müşahidə, epidemioloji xarakterli tədqiqatlar nəticəsində alınmışdı, hadisələr arasındakı səbəb-nəticə əlaqələrinin təsbitinə deyil, sadəcə assosiasiyaya köklənmişdi.
İllərlə qidada yağın miqdarını azaltmaq sağlamlıq üçün ağır nəticələnə bilər. Əgər yeməyinizdən yağı kəsirsinizsə, avtomatik olaraq orqanizminizin karbohidratlara olan tələbatını artırırsınız. Yəni, əvvəllər sağlam qida sayılan buğda, yarma, tərəvəz məhsullarına üz tutursunuz. Son 50 il ərzində yağlı məhsulların istehlakı 25% azalıb, karbohidratların istehlakı isə 30% artıb.
Son tədqiqatlara görə isə bu cür, yəni karbohidratlarla qidalanma stili piylənmənin, ürək xəstəliklərinin artmasına daha çox rəvac verir, nəinki yağlı qida.
Hazırda yeni pəhriz məsləhətlərinin formalaşdırılması ilə məşğul olan komitə yağsız əti sağlam qida siyahısından çıxarmağı, qırmızı və emal edilmiş ətin istehlakını azaltmaq tendensiyasını dayandırmağı təklif edir. Yəni artıq məktəb bufetlərindən yağsız ət tamamilə yığışdırılacaq.
Bütün bunlar isə o deməkdir ki, gərək orqanizminə daha çox güvənəsən, yəni bədənin nə istəyirsə, onu da yeyəsən. Ən yaxşısı isə əcdadlarımızın istifadə etdikləri pəhrizə qayıdasan: dənli bitki və şəkərdən bir az uzaq durub heyvani qidalardan - ət, yağ və yağlı süd məhsullarından yeyəsən.
Hər pəhrizə aldanmayın!
Sağlam olun!
Milli.Az
Sağlamlıq
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bax, əsl sensasiya budur: indi görün lənətlənməli kimdir!
12 Aprel 2015 14:22
7 Şərh
Baxış: 20 415

DİGƏR XƏBƏRLƏR
-
Yaşlı insanlar niyə tez-tez azır? - Alimlər dəqiq səbəbini tapdı
-
Güclü maqnit qasırğaları gəlir - 6-8 oktyabr üçün XƏBƏRDARLIQ!
-
Həkim açıqladı: Uçuğu başlamadan dayandırmq mümkündür
-
Pendiri indiyə kimi səhv yeyirmişik – mütəxəssislər xəbərdarlıq edir
-
Səhər yeməyini bu saata saxlamaq ömrü uzadırmış: Tədqiqatlar təsdiqlədi
-
Bu siqnallar infarktdan xəbər verə bilər – Qadınlar xüsusilə diqqətli olmalıdır
XƏBƏR LENTİ
-
"Faiq Ağayevin konsertində bilet 60, məndə isə 150 manat idi"
-
Kobaxidze keçmiş prezidenti "xarici agent" adlandırdı
-
Molla arvadını öldürəndən sonra namaz qılıbmış...
-
Murad Həşimova yeni vəzifə verildi
-
Azərbaycanəsilli müğənni keçmiş xanımını məhkəməyə verdi
-
Yaşlı insanlar niyə tez-tez azır? - Alimlər dəqiq səbəbini tapdı
-
Qış Azərbaycana bu tarixdə daxil olacaq
-
TƏBİB-in əməkdaşına 11 bıçaq zərbəsi vuruldu - şübhəli əridir - YENİLƏNİB
-
Düyünün suyuna 1 ədəd əlavə edin - Plov həm dən-dən qalacaq, həm də dadı 10 qat artacaq
-
Bakıda binada yanğın - 2 nəfər tüstüdən zəhərləndi
-
Mert yeni layihə ilə ekranlara qayıdır - FOTO
-
Bir gündə ikinci qadın cinayəti - ər saxlanıldı
-
Zelenski: "Dünya susur, Rusiya hücumlarını artırır"
-
Qəzza əməliyyatlarında 1000-dən çox İsrail əsgəri ölüb
-
UNESCO-ya yeni rəhbər seçildi
-
"Qarabağ" - "Çelsi" oyunu bu stadionda keçiriləcək
-
Gəncənin bombalanması əmrinin Ermənistanın verdiyi bir daha təsdiqləndi - FOTO
-
ABŞ-da qətlə yetirilən ukraynalı qıza görə “İrina Qanunu” imzalandı
-
Fotoşopla incə görünmək istədi - gülüş doğurdu - VİDEO
-
DTX tərəfindən saxlanılan Saleh Səmədov barəsində qərar verildi
-
Makronun kədərli anları: Baş nazirin istefasından sonra Sena çayı sahilində tək gəzişdi - VİDEO
-
Everest dağında faciə - Minlərlə alpinist kömək gözləyir - FOTO
-
Rusiya bu ərazini ələ keçirdi
-
Bakıda əməliyyat - Saxlanılanlar var