Şou-biznes

Azərbaycanəsilli müğənni keçmiş xanımını məhkəməyə verdi

6 Oktyabr 2025 23:03
Baxış: 988
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanəsilli rusiyalı müğənni, teleaparıcı, aktyor və komik Timur Rodrigez (əsl adı Timur Kərimovdur - red.) keçmiş xanımı Anna Devoçkinanı məhkəməyə verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rodrigez tutulan alimentin məbləğinin məhkəmə vasitəsilə dəyişdirilməsini istəyir. İş üzrə məhkəmə 2025-ci il noyabrın 10-na nəzərdə tutulub.

Xatırladaq ki, Rodrigezin Devoçkina ilə nikahdan Migel və Daniel adlı iki oğlu var. Şoumen 2023-cü ildə 16 illik evlilikdən sonra Anna Devoçkinadan boşandığını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.