Ölkə

DTX tərəfindən saxlanılan Saleh Səmədov barəsində qərar verildi

6 Oktyabr 2025 19:59
Baxış: 295
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdim etdiyi vəsatət əsasında qəbul edilib.

Məhkəmənin qərarına əsasən, Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

O, Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə (mənimsəmə və ya israf etmə) ittiham olunur.

Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Bundan əvvəl o, mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilmişdi. Şuranın İdarə Heyətinin məlumatına görə, Səmədov nizamnamə tələblərini kobud şəkildə pozduğu və qurumun adına xələl gətirən hərəkətlərə yol verdiyi üçün həm rəhbərlikdən, həm də Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.