Sağlamlıq

Yaşlı insanlar niyə tez-tez azır? - Alimlər dəqiq səbəbini tapdı

6 Oktyabr 2025 23:00
Baxış: 307
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Alimlər yaş artdıqca beyində "daxili kompasın" niyə itdiyini açıqlayıblar.

Milli.Az xəbər verir ki, Stanford Tibb Mərkəzinin tədqiqatçıları müəyyən ediblər ki, şəbəkə neyronları ("lattice neurons") yaşlandıqca funksiyasını itirir. Bu neyronlar ətraf mühitin "daxili xəritəsini" yaratmaqla məsuldur və yaşlılarda məkan istiqamətini itirməyin səbəbini izah edə bilər.

Nəticələr Nature Communications jurnalında dərc olunub.

Tədqiqatda üç yaş qrupundakı siçanlar müqayisə edilib: gənc, orta yaşlı və yaşlı siçanlar. Medial entorhinal korteksdəki şəbəkə neyronlarının fəaliyyəti izlənilib. Bu hüceyrələr məkanın müəyyən nöqtələrində aktivləşir və beynin "GPS sistemi" kimi işləyir.

Müşahidələr göstərib ki, yaşlı siçanlarda neyron siqnalları qeyri-sabit olur, marşrut dəyişdikdə siçanlar çaşqın davranır. Gənc və yetkin heyvanlar isə tez mükafatın yerini tapır və beynin fəaliyyəti aydın nümunələr göstərir.

Hər yaşlı siçan eyni dərəcədə zəifləməyib: bəzi yaşlı siçanlar gənclər qədər yaxşı performans göstərib. Genetik analiz 61 genin fəaliyyətinin şəbəkə neyronlarının zəif işlədiyi siçanlarda fərqli olduğunu ortaya çıxarıb. Xüsusilə Hapln4 geni bu neyronları əhatə edən qoruyucu protein şəbəkəsi yaradaraq onların sabitliyini təmin edə bilər.

Alimlər vurğulayır ki, yaşa bağlı məkan yaddaşı zəifləməsi qaçılmaz deyil və fərdi beynin fəaliyyəti ilə genetik fərqlər prosesə təsir göstərə bilər.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.