Sağlamlıq

Azərbaycanda son ana ölümünün ilkin səbəbi açıqlandı

30 İyul 2014 12:07
1 Şərh     Baxış: 2 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanasında baş verən ana ölümünün ilkin səbəbini açıqlayıb

Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınan ana ölümünün ilkin səbəbini açıqlayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında deyib ki, Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Nuranə Əliyeva doğuş üçün iyulun 28-də xəstəxanaya gətirilib.

N.Əliyeva əməliyyata götürülüb və uşaq ana bətnindən götürülüb. Lakin ana narkozdan ayılmayıb. Bu, qadının birinci doğuşu olub. İlkin məlumata görə, ana tromboemboliyadan dünyasını dəyişib.

Amma son rəy Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən veriləcək. Hazırda faktla bağlı Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Araşdırmadan sonra hadisənin dəqiq səbəbi və kimin günahından baş verməsi məlum olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.