Sağlamlıq

Bəşəriyyəti lərzəyə salan xəstəlik yoxa çıxmaq üzrədir

18 İyul 2014 00:30
0 Şərh     Baxış: 4 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
QİÇS xəstəliyi yox olacaq
Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) 2030-cu ilə qədər nəzarətə götürüləcək. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə QİÇS üzrə beynəlxalq agentliyin (United Nations Aids agency) yeni yaydığı hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, son illər insanların HİV-ə yoluxması və QİÇS-dən ölüm halları azalıb. Xəstəliyin tamamilə yox olması üçün bütün ölkələrin daha çox güc sərf etmələri gərəkdir.

Bu gün dünyada 35 milyon HİV xəstəsi daşıyıcısı yaşayır. Ötən il HİV-ə yoluxanların sayı 2,1 milyon olub ki, bu da 2001-ci illə müqayisədə 38% azdır.

Son üç ildə QİÇS-dən ölüm sayı 5 dəfə azalıb. Vəziyyət Cənubi Afrika Respublikası və Efiopiyada da yaxşılaşıb.

Antiretrovirus dərman vasitələrini əldə etmək də insanlar üçün yaxşılaşıb. Baxmayaraq ki, bu gün dünyada HİV daşıyıcısı olan hər 10 xəstədən 4-ü bu dərmanları əldə edə bilir.

Mütəxəssislər deyirlər ki, HİV-ə yoluxmuş adamın orqanizmində immun çatışmazlığının  (QİÇS) formalaşması üçün 10 il vaxt gedir. Ancaq antiretrovirus dərman vasitələrini qəbul edən şəxslər virusu nəzarətdə saxlayırlar.

HİV-ə yoluxanların 54%-i bundan xəbərsiz olurlar. 63%-i isə antiretrovirus terapiyası qəbul etmirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.