Sağlamlıq

Bağırsaq florasının hansı qidalara ehtiyacı var?

3 İyun 2024 06:06
Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı terapevt Yekaterina Qavrilenko bildirib ki, alma və bananın tərkibində bağırsaq florasının qorunmasına kömək edən prebiyotiklər var.

"Prebiyotiklər mədə-bağırsaq traktında yaşayan faydalı mikroorqanizmləri "qidalandırmağa" kömək edir. Alma və banandan əlavə, onlar dənli bitkilər, paxlalılar və süd məhsullarında olur", - deyə Qavrilenko bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həkim həmçinin hər yeməyə liflə zəngin paxlalılar, göyərti, tərəvəz və meyvələr əlavə etməyi məsləhət görüb.

"Lif parçalanmadan və sorulmadan mədə-bağırsaq traktından keçir, bu da bağırsaq hərəkətinə kömək edir", - deyə həkim qeyd edib.

Qavrilenko həmçinin yavaş həzm olunan və mədə seliyinin qıcıqlanmasına səbəb olan yağlı qidaları daha az yeməyə çağırıb.

"Yavaş yemək və müntəzəm fiziki fəaliyyət sağlam həzmi təşviq edir", - deyə o əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.