Sağlamlıq

Xanımlar, arıqlıq gözəllik deyil - FOTO

3 İyul 2014 09:34
2 Şərh     Baxış: 4 056
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kira Naytli, Kara Delaveyn, Aleksa Çanq, Meri Çarteris... Onlar dünyaca məşhur supermodeldir və bütün dünyada olduğu kimi, Britaniyada da milyonlarla yeniyetmə qız bu xanımlara bənzəməyə çalışır.
 

Çünki həmin modellər gənc, gözəl və zəngindir.

Qızlar da onlar təki tanınmaq, zəngin olmaq istəyirlər və təbii ki, pərəstiş obyektlərinin vücudlarını az qala ideal sayırlar.
 

O vücudlar isə ideal deyil əsla. Ciddi pəhrizlər, absurda çatan könüllü qida yasaqları bu supermodelləri əslində anoreksiya xəstələrinə çevirib.

Milli.Az bildirir ki, Daily Mail-in məşhur şərhçisi Sara Vayn bu durumdan çox narazıdır və o, situasiyanı təhlükəli sayır.
 

"Mənim qızım da yeniyetmədir və o da Karaya, Kiraya, Aleksaya bənzəmək istəyir. Buna görə də qızım pəhriz saxlayır, özünü arıqlatmaq istəyir. Halbuki çox arıqlamaq orqanizmə ziyandır. Bunu qızıma deyirəm, amma görürəm ki, anlamır. Axı necə anlasın ki, həddən arıq modellər bir dəri-bir sümük olsalar da, milyonlar qazanırlar.

Belə təhlükəli durumun səbəbkarlarından biri də mediadır. Biz dərisi sümüyünə yapışmış xanımları gözəllik simvolu, supermodellər kimi təbliğ etdikcə qızım da daxil olmaqla milyonlarla yeniyetmə qız onlara bənzəməyə çalışacaq. Arıqlığn fetiş sayıldığı və gözəllik kimi qəbul olunduğu dünyada yaşadıqca yeniyetmə qızlar indiki vücudlarına nifrət etməyə davam edəcəklər", - Sara Vayn yazıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.