Xəstəxana dəhşəti: tibb bacısı südəmər körpəni öldürdü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rohan Rodos vaxtından 14 həftə əvvəl, qeysəriyyə əməliyyatı vasitəsilə doğulmuşdu.
Onda kəskin ürək-damar çatışmazlığı olduğundan təxirəsalınmaz əməliyyata ehtiyacı vardı.
İngiltərənin Bristol şəhərindəki "St Michael's Hospital"a köçürülən balaca Rohan süni tənəffüs qurğusuna qoşulmuşdu.
Uşağın valideynləri Aleks Rouds və Bronuin Vinsentin dediklərinə görə, Rohanın ölümünün baiskarı tibb bacısıdır: "Məhz bu tibb bacısı uşağımızı süni tənəffüs qurğusundan ayırıb. Bundan az sonra Rohanın ürəyi yatıb".
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Bristoldakı olayla bağlı Britaniyanın Səhiyyə Nazirliyi araşdırmaya başlayıb.
Rohanın valideynləri "St Michael's Hospital"ı məhkəməyə veriblər.
Rohan Rodos Suonsi şəhərindəki Sinqlton şəhər xəstəxanasında doğulmuşdu.
Anasının hamiləliyi yarımçıq başa çata bilərdi və bu səbəbdən də cərrahlar hamiləliyin normal bitmə zamanından 14 həftə əvvəl qeysəriyyə əməliyyatı keçirərək Rohanı dünyaya gətirdilər.
Xəstəxananın neonatal intensiv terapiya bölməsinə yerləşdirilmiş Rohanın yaşamının ilk günləri çox ağır keçsə də, sonradan onun sağlıq durumu nisbətən normallaşmağa başlamışdı.
Buna rəğmən, körpənin ürəyində ciddi çatışmazlıqlar olduğundan təcili kardiocərrahiyyə əməliyyatına ehtiyac vardı.
Suonsidən "St Michael's Hospital"a köçürülən Rohanı həkimlər cərrahiyyə əməliyyatına hazırlayırdılar.
"Tibb bacısı kimsəyə demədən, bizə xəbərdarlıq etmədən Rohanı süni tənəffüs qurğusundan ayırıb. O, oğlumu qətlə yetirib. Qatil cəzasını almalıdır", - Bronuin Vinsent deyib.
Aparılan ilkin araşdırma zamanı bəlli olub ki, Rohan Rodos süni tənəffüs qurğusundan kənarlaşdırılandan sonra onda dalbadal iki ürəktutması olub, sonucda körpənin ürəyi oksigen qıtlığına davam gətirməyərək yatıb.
Uelsin Pembrokşir qraflığındakı Narbert şəhərində yaşayan Rohanın valideynləri palataya daxil olanda kiçik Rohanın keçindiyi görüblər.
"Xəstəxanada tibb bacıları pasiyenti süni tənəffüs qurğusundan yalnız həkimin müvafiq göstərişindən sonra ayıra bilərlər. Rohanla bağlı isə heç bir göstəriş olmayıb və tibb bacısı özbaşına hərəkət edib", - Aleks Rodos deyib.
Valideynləri Rohana aldıqları balaca çarpayıdan ona tabut düzəltdiriblər.
Çarpayıda yatası körpə indi tabutunda əbədi yuxudadır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.









DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)
-
Aytac Vidadiqızı arıqlayıb "iynəyə sap oldu" - (Video)
-
Ronaldunun milli komandanı tərk etməsinə həm də oğlu səbəb imiş
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas 2900 manata satılıb - (Foto)





