Sağlamlıq

Gəncədə onkoloji xəstəxanada şüa-diaqnostika bölməsi istifadəyə verildi - FOTO

8 Noyabr 2012 10:58
Baxış: 4 371
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədəki Onkoloji xəstəxanasında yeni şüa- diaqnostika bölməsi istifadəyə verilib. Bölmədə ən müasir tələblərə cavab verən "somatom emotium 6" aparatı və müasir mammoqraf quraşdırlılıb. Bu, xərçəng xəstəliyinin vaxtında aşkarlanmasına imkan verəcək.

Ən ağır xəstəliklər sırasında olan xərçəngin müalicəsində daha bir addım atılıb. Gəncə Şəhər Onkoloji Xəstəxanasında yeni yaradılan şüa-diaqnostika bölməsi qadınların müntəzəm mammoqrafiya müayinəsi keçməklə bu xəstəlikdən vaxtında xəbər tutmaq imkanlarını artıracaq.
Mammoqrafiya vasitəsiylə süd vəzi xərçəngi rentgen şüalarının köməyi ilə müalicə ediləcək.

Zikrət Hüseynov, Gəncə Şəhər Onkoloji Xəstəxanasının baş həkimi: "Çox təəssüf olsun ki, qadınlar arasında süd vəzi xərçəngi çox hallarda gecikmiş olur. Niyə? Çünki vaxtında aşkar etmək bizim üçün çətin idi.
Ancaq indi bu metoddan istifadə edərək vaxtında müayinə edirik. Belə nəzəriyyə var ki,  hər bir qadın 30-40 yaşında 3 ildən bir, 40-50 yaşında iki ildən bir, 50-60 yaş arası isə ildə bir dəfə müayinədən keçməlidir".

Xəstələr şüa terapiyası almaq, öz müalicələrini davam etdirmək üçün əvvəllər paytaxta üz tuturdular. Yeni bölmənin istifadəyə verilməsi və müasir avadanlıqlarla təchiz olunması artıq bu çətinliyi aradan qaldırıb. Onkoloji xəstəxanada istifadəyə verilən kompyuter-tomoqraf-simulyator aparatının köməkliyi ilə qadınların süd vəzlərinin müayinələri beynəlxalq standartlara uyğun aparılacaq. Yeni aparatlarla işləyəcək kadrlar aparıcı klinikalarda təcrübə də keçiblər.

Zikrət Hüseynov: "10 il bundan öncə bir müayinə müddətləri var idi ki, indi tamamilə başqadır.
Kompyuter-tomoqraf-simulyator ona kömək edəcək ki, biz xəstəliyi dəqiqliklə axtarıb tapaq. Və dərhal da müalicəsinə başlayaq".

Tədbirdə iştirak edən Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, əhalinin sağlamlığının qorunması dövlətin diqqət mərkəzindədir. Gələcəkdə də Gəncənin tibb ocaqlarında ən son texnologiyalar tətbiq olunacaq. Şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev isə dünyada son zamanlar ən çox yayılan süd vəzi xərçənginin müayinə və müalicəsində Gəncədə istifadəyə verilən aparatlardan istifadə edildiyini bildirib.

Qeyd edək ki, kompyuter-tomoqraf-simulyator aparatı Gəncədən müraciət edən xəstələrlə birgə, Qərb bölgəsində bura üz tutan pasiyentlərə də xidmət göstəriləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.