Sağlamlıq

Bir eybi var, amma min dərdə çarədir

28 Sentyabr 2012 13:18
0 Şərh     Baxış: 12 904
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
İspanaq həmçinin təzyiqi aşağı salır. O, diabetdə də faydalıdır.
  
İspanaq öz tərkibinə görə unikaldır. Belə ki, bu tərəvəz tərkibindəki zülallara görə paxlalı bitkilərdən geri qalmır. Onu vitamin çempionu da saymaq olar. Belə ki, ispanaqda 14 vitamin növü, mikroelementlər var:

biotin (H vitamini) - qanda şəkəri tənzimləyir, əzələ hüceyrələrinin fəaliyyətinə dəstək verir, dəri, saç və dırnaqların təravətini qoruyur;

inasin (V13 vitamini) - ürək əzələlərini möhkəmləndirir, sağlam yuxunu təmin edir;

C vitamini - immuniteti artırır;

tokoferol (E vitamini) - görmə, ürəyin işləməsi, potensiya və düşüncə aydınlığı üçün zəruridir;

kalsium - sümük və dişlərimiz üçün əsas "tikinti materialıdır";

mis - "xoşbəxtlik hormonları"nı aktivləşdirir, dərinin ultrabənövşəyi şüalara qarşı həssaslığını artırır;

dəmir - qan artımına və hüceyrələrin nəfəs almasına kömək edir;

kalium - orqanizmdən suyu çıxarır, sellülitin yaranmasına əngəl olur.

Maqnezium, fosfor və yod mineralları və zülal baxımından ispanaq olduqca zəngin bir qidadır.
  
Bundan başqa, ispanaq selikli qişanı qoruyur, əsəbləri sakitləşdirir, həyati vacib hormonların sintezini stimullaşdırır, əhval-ruhiyyəni yüksəldir, arıqlamağa kömək edir.
  
İspanaq gümrahlıq yaradır və bədənə qüvvət verir. Onu stresdən əziyyət çəkənlərin ideal tərəvəzi adlandırmaq olar. İspanaqdakı bol sellülozlar bağırsağı şlaklardan və toksinlərdən təmizləyir.
  
Zehni qüvvətləndirən ispanaq xərçəng, ürək və damar xəstəliklərinə, həmçinin ağız, boğaz və sinə xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiq, iflic və xüsusilə yaşlanmaqla bağlı görmə pozuqluqlarında faydalıdır.
  
Yara və yanıqların yaxşılaşmalarını sürətləndirir. Sümükləri və dişləri gücləndirir. Diş çürümələrini önləyir. Xolesterolu salır. Şəkər xəstələrinə faydalıdır.
  
Hər gözəlin bir eybi
 
 
Hər gözəlin bir eyibi olduğu kimi ispanaq da eyibsiz deyil. Onun "eybi" çox miqdarda oksalat (turşəng) turşusuna sahib olmasıdır. Bu turşu orqanizmdə daş yaradır və podaqradan, revmatizmdən, böyrək və sidik kanalları xəstəliklərindən əziyyət çəkənlər üçün ziyanlıdır.

İstifadəsi
  
İspanaq salatlara, şorbalara və dovğaya qatılıb yeyilir. Qatmadan da yemək olar. İspanağı qaynadıb suyunu içmək bədənə qüvvət və dinclik verər. Dəri baxımı üçün də istifadə edilər.
  
İspanaq qaynanmış südə batırılıb üzə və boyuna maska edilə bilər. Bu maska sızanaqlara qarşı da faydalıdır.

Qısır qadınlar və impotensiyası aşağı olan kişilər isə ispanağı nə qədər çox yesələr, o qədər yaxşıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.